Behçet xəstəliyi
Giriş
Behçet xəstəliyi – əsasən, kiçik damarları tutan vaskulit xəstəliklərindən biridir. Simptomlar özünü epizodlar (ataklar) şəklində göstərir.
Simptomlar
Əsas simptom:
- Oral avtoz yaralar (1 il ərzində minimum 3 epizod)
Digər simptomlar:
- Cinsi nahiyədə xoralar
- Uveit, retinit
- Bəzi hallarda qızdırma və tromboz

Diaqnostika
Diaqnostik kriteriyalar
Əsas kriteriya:
- Oral avtoz xoralar (1 il ərzində minimum 3 epizod)
Əlavə kriteriyalar:
- Cinsi nahiyədə xoralar
- Uveit, retinit
- Dəri patologiyaları (məsələn: erythema nodosum=düyünlü eritema)
- Pathergy testi:
- Pasiyentin bilək nahiyəsinin içəri səthinə steril iynə batırılır və ya 0,1 ml 0,9%-li fizioloji NaCl məhlulu yeridilir. Əgər 48 saat içərisində iynə batırılan yerdə papulopustulyoz dəyişikiklər müşahidə olunursa, test müsbət sayılır.
Diaqnozun qoyulması üçün əsas kriteriya ilə yanaşı 2 əlavə kriteriya da qarşılanmalıdır.
Müalicə
Əsas müalicə:
- Qlükokortikoidlər
- Kolxisin
Simptomatik müalicə:
- Ağrıkəsici preparatlar (xoralar ağrılı olur)