Qızılca
Giriş
Qızılca – paramiksoviruslar qrupundan olan qızılca virusu tərəfindən törədilən infeksion xəstəlikdir. Adətən, mərhələli gedişata malik olur: ilkin olaraq kataral mərhələ, daha sonra isə səpkili mərhələ.
Müalicə yalnız simptomatik terapiyadan ibarətdir. Profilaktika peyvənd vasitəsilə aparılır, xəstəliyi keçirmiş şəxslərdə isə ömürboyu immunitet yaranır.
Etiologiya
- Törədici: paramiksoviruslar qrupundan olan qızılca virusu
- Yoluxma: hava-damcı yolu ilə
Simptomlar
Təxminən, 8-10 günlük inkubasiya dövründən sonra simptomlar meydana çıxır. Bu dövr iki mərhələyə bölünür: kataral və səpkili mərhələ.
Kataral mərhələ:
- Qızdırma, rinoreya, öskürək, konyunktivit
- Bir neçə gün sonra Koplik ləkələri meydana çıxır:
- Şpatel ilə silinmir
- Qızılca patoqnomonik simptom
Səpkili mərhələ - ilkin simptomların ortaya çıxmasından 3-7 gün sonra müşahidə olunur:
- Qızdırma, limfadenopatiya
- Makulopapulyoz səpkilər
- Adətən, qulaqarxası nahiyədə başlayan səpkilər daha sonra bütün bədənə yayılır

Diaqnostika
Anamnez və klinik simptomlar yolgöstərici xarakter daşıyır.
Laborator müayinə:
- Limfosit sayı ↓
- İmmunoqlobulin M ↑ (plazmada və likvor mayesində)
- RT-PCR müayinəsi (adətən, burun-udlaq yaxması və ya bronxial sekretdən)
| RT-PCR (Reverse Transcription Polymerase Chain Reaction) – PCR müayinəsi ilə eyni prinsipi daşıyır. Sadəcə, qızılca, RNT virusu olduğu üçün ilk olaraq RNT əks-transkripsiya ilə DNT-ə çevrilir və daha sonra PCR müayinəsi aparılır. |
Müalicə
Simptomatik terapiya:
- Antipiretik preparatlar (parasetamol, ibuprofen)
- Antitussiv preparatlar (kodein, dekstrometorfan)