Qanın tərkibi və funksiyaları
Giriş
Qan bütün orqanları “birləşdirir” və beləliklə, qida maddələri və hormonların bir yerdən digər yerə çatdırır. Bu funksiyalar qan hüceyrələri və qanda həll olmuş zülallar (plazma proteinləri) vasitəsilə yerinə yetirilir. Qan hüceyrələri (eritrositlər, trombositlər, leykositlər) sümük iliyində, plazma proteinləri isə qaraciyərdə sintez olunur.
Qanın əsas funksiyaları
- Nəqliyyat:
- Oksigenin toxumalara, karbon qazının isə toxumalardan ağciyərlərə daşınması
- Hormon və qida maddələrinin daşınması
- Zərərli maddələrin böyrəklər və qaraciyərə çatdırılması və beləliklə, uzaqlaşdırılması
- İmmun müdafiə
- Turşu-qələvi balansının qorunması
Qanın komponentləri
Qan ümumilikdə hüceyrələrdən və plazmadan ibarətdir.
- Hüceyrələr (45%):
- Eritrositlər – oksigen daşınmasını həyata keçirir
- Trombositlər – hemostazı təmin edir
- Leykositlər – immun müdafiəni təşkil edir
- Plazma (55%):
- Plazmanın isə 90%-i sudan ibarətdir
- Digər 10%-i isə plazmada həll olmuş maddələr (plazma proteinləri, elektrolitlər) təşkil edir
|
Qanın plazma hissəsi
Plazma proteinləri:
- Hidrofildirlər, plazmada həll olmuş şəkildədirlər
- Böyük əksəriyyəti qaraciyərdə sintez olunurlar, γ-qlobulinlər isə plazma hüceyrələrində yaranır
- Əsas funksiyaları:
- Lipofil maddələrin qanda daşınması
- Turşu-qələvi balansının tənzimlənməsi
- Onkotik təzyiq
| Qanın onkotik təzyiqi qandakı kolloid maddələr tərəfindən təmin edilir. Onkotik təzyiq sayəsində plazma damar daxilində saxlanılır. Onkotik təzyiqin azalması isə ödemə səbəb olur. |
Plazma proteinlərinin əsas fraksiyaları
Serum elektroforezi vasitəsilə plazma proteinləri 5 əsas fraksiyaya ayrılır:
- Albumin:
- Plazma proteinlərinin 60%-i təşkil edir, buna görə də onkotik təzyiqin yaranmasında böyük rol oynayır
- Sərbəst yağ turşuları, kalsium və bilirubinin daşınmasını həyata keçirir
- α1 qlobulinlərə aiddir:
- α1-lipoprotein – xolesterinin periferiyadan qaraciyərə daşınması
- Protrombin – laxtalanmada iştirak edir
- α1-antitripsin – tripsin proteaza fermentinin inhibisiyası
- Tiroksin bağlayıcı qlobulin – T3 və T4 hormonlarının daşınması
- α2 qlobulinlərə aiddir:
- α2-makroqlobulin – proteazaların inhibisiyası
- Haptoqlobin – sərbəst hemoqlobinə bağlanaraq dəmir itkisinin və eləcədə sərbəst hemoqlobinin böyrəkləri zədələməsinin qarşısını alır
- Xolinesteraza – xolinin parçalanması
- Antitrombin – laxtalanmanı inhibə edir
- Seruloplazmin – Cu2+ ionlarının daşınması
- β qlobulinlərə aiddir:
- Fibrinogen – laxtalanmada iştirak edir
- β-lipoprotein – xolesterinin qaraciyərdən periferiyaya daşınması
- Transferrin – Fe3+ ionlarının daşınması
- γ qlobulinlər:
- İmmunoqlobulinlər – immun funksiyası daşıyır
| Kvaşiorkor xəstəliyi - qidada zülal çatışmazlığı nəticəsində ortaya çıxır. Bu xəstəlik zamanı orqanizmdə zülal çatışmadığından albumin kifayət qədər sintez olunmur. Belə olan halda qanın onkotik təzyiqi azalır, ödem yaranır və paradoksal olaraq zəif qidalanan uşaq böyük qarına malik olur. |