Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Qlaukoma

Giriş  

Qlaukoma gözdaxili təzyiqin artması ilə xarakterizə olunan oftalmoloji xəstəlikdir. Xronik və kəskin formaları var:  

  • Xronik forma gözdaxili təzyiqin artması nəticəsində optik sinirin zədələnməsi müşahidə olunur.  
  • Kəskin forma isə şiddətli göz ağrısı ilə xarakterizə olunub, təcili müdaxilə gərəkdirir (dərman və ya cərrahi müalicə).  
gozun-anatomik-qurulusu-10.png
Gözün anatomik quruluşu

 

Etiologiya  

Açıq bucaqlı qlaukoma üçün risk faktorları:  

  • Müsbət ailə anamnezi  
  • Yaş  
  • Qlükokortikoidlərlə müalicə  

Qapalı bucaqlı qlaukoma üçün risk faktorları:  

  • Göz almasının horizontal ölçüsünün kiçik olması  
  • Ön kameranın yastı olması  

 

Simptomlar  

Xroniki qlaukoma:  

  • Adətən, ilk vaxtlar simptomsuz  
  • Görmə sahəsində ləkələrin yaranması  
  • Bəzi hallarda baş ağrısı, gözdə qızarma və yanma hissi  

Kəskin qlaukoma:  

  • Göz və baş ağrısı  
  • Gözün qızarması  
  • Göz almasının sərtləşməsi  
  • Buynuz qişanın ödemi → görmənin məhdudlaşması  

 

Diaqnostika  

Xroniki qlaukoma  

Adətən, təsadüfi müayinə nəticəsində ortaya çıxır. Bunun səbəbi xroniki qlaukomanın uzun müddət simptomsuz inkişaf etməsidir. Gərəkli müayinələr:  

  • Gözdaxili təzyiqin ölçülməsi: normal hədd 21 mmHg-ə qədərdir.   
  • Fundoskopiya (göz dibinin müayinəsi)  
  • Perimetriya (görmə sahəsinin müayinəsi)  

Kəskin qlaukoma  

Xəstələr əksər hallarda kəskin göz və ya baş ağrısı ilə müraciət edirlər. Lazımi müayinələr:  

  • Fiziki müayinə: göz almasının sərtləşməsi  
  • Gözdaxili təzyiqin ölçülməsi  

 

Müalicə  

Xroniki qlaukoma  

  • Dərman müalicəsi:  
    • Beta-blokerlər – timolol  
    • Prostoqlandin reseptor aqonistləri – latanoprost  
    • α2 aqonistləri – apraklonidin  
    • Karbonik anhidraza inhibitorları – asetazolamid, dorzolamid  
  • Bəzi hallarda cərrahi müdaxilə  

Kəskin qlaukoma  

Kəskin qlaukoma epizodu dərhal müalicə edilməlidir. Əks halda görmə geridönməz şəkildə pozula bilər.  

Dərman müalicəsi:  

  • Parasimpatomimetiklər – pilokarpin  
  • Beta-blokerlər - timolol  
  • Karbonik anhidraza inhibitorları – asetazolamid, dorzolamid (digərlərindən fərqli olaraq damardaxili verilir)  

Cərrahi müalicə:  

  • YAG lazer iridotomiyası  
  • Periferik iridektomiya