Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Pnevmoniya

Giriş  

Pnevmoniya alveolların və ya interstisial ağciyər toxumasının iltihabıdır. Əsasən, bakteriyalar tərəfindən törədilir.   

 

Etiologiya  

Törədicilər, əsasən, bakteriyalar olmaqla yanaşı, viruslar və göbələklər ola bilər.   

  • Ambulant qazanılmış pnevmoniya:   
    • Pnevmokokklar (ən çox), H. influenzae, M. pneumoniae, C. pneumoniae  
  • Nozokomial pnevmoniya:   
    • Qram neqativ bakteriyalar (P. aeruginosa, Enterobacteriaceae) və stafilokokklar  
  • İmmunsupressiv xəstələrdə pnevmoniya:   
    • P. jirovecii, bəzi kandida növləri, sitomeqalovirus  

 

Təsnifat  

Xəstəliyin ortaya çıxma şəraitinə görə təsnifat:  

  • Ambulant qazanılmış pnevmoniya  
  • Nozokomial pnevmoniya  

Klinik gedişata əsasən təsnifat:  

  • Tipik pnevmoniya:   
    • Bakterial pnevmoniya üçün xarakterikdir, klassik simptomlar (qızdırma, titrətmə, öskürək) və tipik fiziki müayinə nəticələri (auskultator və perkutor)  
  • Atipik pnevmoniya:   
    • Daha çox virus və göbələklərin zəif olduğu ağciyər iltihabı, daha zəif simptomlar və fiziki müayinədə nəzərəçarpan nüansın olmaması  

 

Simptomlar     

Tipik pnevmoniya:  

  • Simptomların qısa müddətdə ortaya çıxması və kəskinləşməsi  
  • Yüksək qızdırma  
  • Bəlğəmlə birgə öskürək  
  • Təngnəfəslik  

Atipik pnevmoniya:  

  • Simptomların daha ləng və mülayim ortaya çıxması  
  • Daha aşağı temperatur  
  • Quru öskürək  
  • Başağrısı, ətraf ağrıları  

 

Diaqnostika  

Fiziki müayinə  

  • İnspeksiya:  
    • Təngnəfəslik əlamətləri (məsələn: tənəffüs əzələlərinin köməyi ilə tənəffüs)  
  • Auskultasiya:  
    • Xırıltılar, bronxial səsin güclənməsi  
  • Perkussiya:  
    • Kütləşmiş ağciyər səsi  

Laborator müayinə  

İltihab göstəriciləri:  

  • CRP ↑  
  • EÇS ↑  

Qan qazı analizi: (tənəffüs çatışmazlığı)  

  • CO2↑, O2  

Törədicinin aşkar olunması:  

  • Bəlğəm və qan kültürü   
    • Yalnız kəskin ağır pnevmoniya hallarında, o cümlədən, MRSA və P. aeruginosa infeksiyasına şübhə olduqda  

Radioloji müayinə:  

  • Döş qəfəsinin rentgeni  
  • Döş qəfəsinin KT müayinəsi (rentgenoloji müayinə kifayət etmədikdə)  
pnevmoniya.png

 

Diaqnostik kriteriyalar  

Rentgenoloji müayinədə ağciyərlərdə yeni infiltratın aşkarlanması ilə birgə aşağıdakı kriteriyalardan minimum ikisi qarşılanmalıdır:  

  • Qızdırma (>38.5 ° C)  
  • Bəlğəmli öskürək  
  • Leykositoz (>10.000/μl)  
  • Fiziki müayinədə pnevmoniyaya xas müayinə nəticələri  
  • Qan və ya bəlğəm kulturunda hər hansı törədicinin aşkarlanması  
pnevmoniya2.png

 

Müalicə  

Dəstəkləyici müalicə:  

  • Fizioterapiya (tənəffüs terapiyası)  
  • Kifayət qədər maye qəbulu  
  • Tənəffüs çatışmazlığında oksigen verilməsi  
  • Antipiretik və analgetik preparatlar (məsələn: parasetamol)  
  • Öskürəkəleyhinə preparatlar (məsələn: kodein)  
  • Bəlğəmgətirici preparatlar (məsələn: N-asetilsistein)  

Dərman terapiyası  

Yüngül pnevmoniya:  

  • Yanaşı xəstəliyi olmayan xəstələr:  
    • Amoksisillin  
  • Yanaşı xəstəliyi olan xəstələr  
    • Amoksisillin/klavulan  

Orta-ağır pnevmoniya:  

  • Ampisillin/sulbaktam və ya   
  • Seftriakson  

Ağır pnevmoniya:  

  • Piperasillin/tazobaktam və ya  
  • Seftriakson + azitromisin