Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Öskürək

Giriş  

Öskürək klinik praktikada ən çox rast gəlinən şikayətlərdən biridir və əsasən, hər hansı pulmonoloji xəstəliyin fonunda ortaya çıxır. Davametmə müddətindən asılı olaraq kəskin (<8 həftə) və xroniki olaraq təsnif olunur. Kəskin öskürəyin ən çox rast gəlinən səbəbləri arasında yuxarı tənəffüs yolu infeksiyaları və bronxial astmanı sadalamaq olar. Xronik öskürəyin əsas səbəbi isə xroniki bronxitdir.   

 

Təsnifat  

Davametmə müddətinə görə:  

  • Kəskin öskürək (<8 həftə)  
  • Xroniki öskürək (>8 həftə)  

Klinik olaraq:  

  • Produktiv (bəlğəmli)  
  • Qeyri-produktiv (quru öskürək)  

 

Diaqnostika  

Diaqnostikanın əsasını təşkil edir:  

Anamnez:  

  • Öskürəyin xarakteri:
    • Bəlğəmli və ya quru, bəlğəm varsa, rəngi, konsistensiyası
  • Davametmə müddəti:
    • Kəskin və ya xronik
  • Nikotin istifadəsi  
  • Tətikləyici faktorlar: 
    • Fiziki hərəkət, dərman qəbulu və s.
  • Digər yanaşı simptomlar: 
    • Qızdırma, təngnəfəslik, ağrı, çəki itirilməsi və s.
  • Daha öncə keçirilmiş xəstəliklər:
    • Xüsusilə, ürək və ağciyər xəstəlikləri soruşulmalı

Fiziki müayinə:  

  • Perkussiya:  
    • Kütləşmiş səs – ağciyər ödemi, pnevmoniya  
    • Güclənmiş səs – bronxial astma, pnevmotoraks  
  • Auskultasiya:  
    • Taxipnoe – ürək çatışmazlığı, pnevmoniya  
    • Xırıltılı səs – pnevmoniya, ağciyər ödemi, bronxit  
45 yaşdan yuxarı siqaret çəkən xəstələrdə xəstədə ilk dəfə öskürək müşahidə olunursa və ya öskürəyin xarakteri dəyişilərsə - ağciyər xərçəngi çıxdaş olunmalıdır.  

Pulsoksimetriya  

Döş qəfəsinin rentgeni  

Spirometriya   

 

Xəbərdarlıq simptomları rast gəlindikdə vaxt itirmədən tam diaqnostika aparılmalıdır:   

 

Differensial diaqnostika        

Xronik öskürək  

Mümkün səbəblər:  

  • Xroniki bronxit: 
    • Adətən, siqaret çəkən xəstələrdə rast gəlinir. Bəlğəmli öskürək müşahidə olunur.  
  • XOAX : 
    • Xronik bəlğəmli öskürək, təngnəfəslik müşahidə olunur.   
  • Bronxial astma : 
    • Tutmaşəkilli xronik quru öskürək və eyni zamanda tutmaşəkilli təngnəfəslik  
  • Ağciyər xərçəngi : 
    • Qanhayxırma və B simptomları ilə birlikdə müşahidə olunur. Siqaret çəkən xəstələrdə mütləq çıxdaş edilməlidir.  
  • Bronxektaziya : 
    • Bəlğəmli öskürək, xüsusən, səhər çoxlu bəlğəm xaric etmə. Anamnezdə son zamanlarda tez-tez infeksiyaya yoluxma yolgöstərici ola bilər.  
  • Ürək çatışmazlığı : 
    • Adətən, uzanarkən meydana çıxan öskürəklə eyni zamanda baş verən təngnəfəslik tutmaları müşahidə olunur. Əlavə olaraq sianoz, periferik ödem də müayinədə rast gəlinə bilər.  
  • Qastroezofaqeal reflüks: 
    • Uzanarkən artan xronik quru öskürək  

Kəskin öskürək  

Mümkün səbəblər:  

  • Tənəffüs yollarının viral infeksiyası: 
    • Öskürəyin ən çox rast gəlinən səbəbidir. Əksər hallarda rinoreya, boğaz və ətraf ağrıları kimi simptomlarla müşayiət olunur.   
  • Aspirasiya: 
    • Uşaqlarda yad cisim aspirasiyası, yaşlı xəstələrdə isə maye aspirasiyası mümkün səbəblər arasında düşünülməlidir.  
  • Ağciyər emboliyası : 
    • Kəskin başlayan öskürək, təngnəfəslik və tənəffüs edərkən artan döş qəfəsi ağrıları  
  • Pnevmoniya : 
    • Qızdırma ilə müşayiət olunan produktiv kəskin öskürək  

 

Müalicə  

  • Etioloji terapiya – ilk növbədə öskürək deyil, etioloji xəstəlik müalicə olunmalıdır.  
  • Simptomatik müalicə:  
    • Bəlğəmgətirici preparatlar – ambroksol, N-asetilsistein  
    • Öskürəkəleyhinə (antitussiv) preparatlar – kodein, dekstrometorfan