Bronxial astma
Giriş
Bronxial astma tənəffüs yollarının hiperhəssaslığı və geridönən obstruksiyası ilə səciyyələnən xronik-iltihabi tənəffüs yolları xəstəliyidir. Simptomlar davamlı öskürək dən epizodik təngnəfəsliyə qədər çox müxtəlif ola bilər. Klinik əlamətlər, adətən, artıq uşaq yaşlarından artıq üzə çıxır. Diaqnostikanın əsasını spirometriya və allergen təyini tutur.
Bronxial astmanın müalicəsi iki hissədən ibarətdir: uzunmüddətli terapiya və kəskin epizodlar zamanı müalicə . Uzunmüddətli terapiyanın əsasını inhalyasion kortikosteroidlər təşkil edir. Kəskin epizodlar zamanı isə sürətli təsir edən β2-simpatomimetiklərdən və lazım olduqda, sistemik kortikosteroidlərdən istifadə olunur.
Etiologiya
Ekzogen risk faktorları:
- Allergenlər
- İnfeksiya
- Siqaret tüstüsünə məruz qalmaq/çəkmək
- Soyuq və quru hava
Endogen risk faktorları:
- Genetik meyllilik
- Artıq çəki
Təsnifat
İlk olaraq astmanın allergik və ya qeyri-allergik mənşəli olması araşdırılmalıdır. Buna əsasən müalicə strategiyası təyin edilir.
Allergik bronxial astma:
- Bütün halların 30%-ə qədərini təşkil edir
- Adətən, uşaq yaşlarında ortaya çıxır
- Əsas allergenlər polenlər, heyvan tükləri, kif göbələyi və ev tozudur
- Ümumi astma müalicəsindən əlavə dərialtı və ya dilaltı immunterapiyadan istifadə olunur.
Qeyri-allergik bronxial astma:
- Hər hansı allergenlə birbaşa əlaqə tapılmır
- Bütün halların 30-50%-ə qədərini təşkil edir
- Adətən, tənəffüs yolu infeksiyasından sonra meydana çıxır
- Allergik astmanın əksinə, əksərən, 40 yaşdan üzə ilk simptomlar özünü büruzə verir
Simptomlar
Ümumi simptomlar:
- Xronik öskürək
- Təngnəfəslik
Tutmalar zamanı simptomlar:
- Boğulma, döş qəfəsində daralma hissi
- Quru öskürək
Diaqnostika
Allergen diaqnostikası
Spirometriya – FEV1 < 80% və ya FEV1/FVC < 70%:
- 60-80% – yüngül dərəcəli obstruksiya
- 40-60% – orta dərəcəli obstruksiya
- <40% – ağır dərəcəli obstruksiya
|
Bronxodilatator cavab testi – bronxodilatator (məsələn: salbutamol və ya albuterol) inhalyasiyasından sonra spirometriyada FEV1 əmsalının 12%-dən çox artması bronxial astmaya işarə edir
Bronxokonstriksiya provokasiya testi – bronxokonstriktor (məsələn: metaxolin) qəbulundan sonra spirometriyada FEV1 əmsalının 20%-dən çox azalması bronxial astma ehtimalını artırır
Bronxial astmanın diaqnostik kriteriyaları
- Tipik simptomlar və anamnez
- Təsdiqlənmiş bronxial konstriksiya (FEV1↓ < 80%)
- Prosesin geridönən olmasının təsdiqi (məsələn: bronxodilatator cavab testi ilə)
Hər 3 kriteriyanın qarşılanması diaqnozu qoymağa əsas verir.
Differensial diaqnostika
Bronxial astmanın xronik obstruktiv ağciyər xəstəliyi (XOAX) ilə differensial diaqnostikası

Müalicə
Bu hissə Farmakologiya Kompakt kitabından götürülmüşdür.
Kəskin ağırlaşmalar zamanı terapiya:
- Qısa təsirli β-aqonistlər
- Kortikosteroidlər
- Qısa təsirli muskarinik antaqonistlər
Uzunmüddətli profilaktika kəskin epizodların sayını azaldır.

Bronxial astma preparatlarına ümumi baxış:
- Qısa təsirli β-aqonistlər:
- Albuterol, terbutalin
- Uzun təsirli β-aqonistlər:
- Salmoterol, formoterol
- Muskarinik aqonistlər:
- İpratropium, tiotropium
- Leykotrien inhibitorları:
- Zafirlukast, montelukast, zileuton
- Kortikosteroidlər:
- Beklametazon, flutikazon, budesonid
- Anti-IgE monoklonal anticisimlər:
- Omalizumab
- Anti-IL-5 monoklonal anticisimlər:
- Mepolizumab, reslizumab, benralizumab
- IL-4 reseptor blokatorları:
- Dupilumab