Xroniki obstruktiv ağciyər xəstəliyi
Giriş
Xroniki-obstruktiv ağciyər xəstəliyi (XOAX) aşağı tənəffüs yollarının iltihabı və zaman içərisində geridönməz (irreversibl) şəkildə daralması ilə xarakterizə olunur. Əsas simptomlara təngnəfəslik və öskürək aiddir. Siqaret istifadəsi xəstəlik üçün əsas risk faktorudur.
Etiologiya
- Siqaret istifadəsi, həmçinin, passiv siqaretçəkmə
- Hava çirkliliyi
- Mədən işi
- α1-antitripsin çatışmazlığı
| α1-antitripsin qaraciyərdə sintez olunan zülallardan biridir və əsas funksiyalarından biri neytrofillərdən ifraz olunan elastaza fermentini inhibə etməkdir. Elastaza fermentinin parçaladığı elastin alveolların quruluşunda vacib rol oynayır. Beləliklə, α1-antitripsin çatışmazlığı zamanı elastaza fermenti elastini parçalayaraq alveolları destruksiyaya uğradır. |

Təsnifat
GOLD ( Global Initiative for Chronic Obstructive Lung Disease ) klassifikasiyası FEV1 əmsalına əsasən hesablanır:

| FEV1 = maksimal ekspirasiya zamanı ilk saniyədə çıxan havanın həcmi |
Simptomlar
- Xronik bəlğəmli öskürək
- Təngnəfəslik
- Uzunmüddətli hipoksiya → təbil çubuğu, saat şüşəsi simptomu

Diaqnostika
Spirometriya:
- FEV1/FVC < 70%:
- Spirometrik müayinə bronxodilatator preparatın qəbulundan sonra aparılır, ağırlaşma tutmaları zamanı müayinə aparılmır
Bronxial astma ilə differensial diaqnostika üçün müayinələr:
- Bronxospazmoliz testi:
- Bronxodilatator preparat (məsələn: salbutamol və ya albuterol) verildikdən sonra XOAX zamanı FEV1 əmsalı 12%-dən çox artmır
- Bronxial astma zamanı isə bronxodilatator preparat verildikdən sonra FEV1 əmsalı nəzərəçarpan şəkildə yüksəlir və xəstə yaxşılaşma hiss edir
- Qlükokortikoid terapiyasından (4-6 həftə) sonra FEV1/VC əmsalının yaxşılaşması

Qan qazı analizi:
- pO2↓, pCO2↑
Laborator müayinə:
- α1-antitripsin çatışmazlığını çıxdaş etmək üçün
Differensial diaqnostika
Bronxial astma ilə xronik obstruktiv ağciyər xəstəliyinin (XOAX) differensial diaqnostikası

Müalicə
Etioloji faktordan (əksər hallarda siqaretdən) uzaqlaşma müalicənin özəyini təşkil edir.
XOAX zamanı dərman terapiyasının əsasını təşkil edən dərman preparatları isə aşağıdakılardır:
- Uzun təsirli muskarinik antaqonistlər (LAMA – long-acting muscarinic antagonist ):
- Tiotropium
- Uzun təsirli β2 simpatomimetiklər (LABA – long-acting beta-agonist ):
- Salmoterol, formoterol
- Qısa təsirli muskarinik antaqonistlər (SAMA – short-acting muscarinic antagonist ):
- İpratropium
- Qısa təsirli β2 simpatomimetiklər (SABA – short-acting beta-agonist ):
- Salbutamol, terbutalin
- İnhalyativ kortikosteroidlər (ICS – inhalative corticosteroids ):
- Budesonid, beklometazon, flutikazon
XOAX zamanı müalicə strategiyası
