Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Endokardit

Giriş  

Endokardit - endokardın infeksion iltihabını xarakterizə edir. Bir çox hallarda endokardla yanaşı ürək qapaqları da bu prosesə məruz qalır.   

endokardit-1.png

 

Etiologiya  

Əsasən, bakteriyalar tərəfindən törədilir, nadir hallarda göbələklər endokarditə səbəb olur.   

Əsas törədicilər:  

  • S. aureus (ən çox rast gəlinən)  
  • S. viridans  
  • S. epidermitis  
  • E. faecalis  

İnfeksiya yolları:  

  • Qeyri-steril inyeksiya (məsələn: infeksiyalaşmış vazofiks, narkotik qəbulu)  
  • Stomatoloji prosedurlar  
  • Cərrahi əməliyyatlar  

Ürək qapaqlarından ən çox mitral və aortal qapaq endokardit tərəfindən zədələnir. Xüsusi riskli qruplar süni ürək qapağına malik xəstələr, daha öncə endokardit keçirənlər və anadangəlmə ürək qapağı qüsuru olan xəstələrdir.  

 

Simptomlar  

Ümumi simptomlar:  

  • Temperatur  
  • Tez yorulma  

 

endokardit-2.png

 

Kardial simptomlar:  

Ekstrakardial simptomlar:  

  • Petexiyalar  
  • Janeway xoraları (Janeway lesions)  
  • Osler düyünləri (Osler nodes)   
  • Splinter hemorragiyaları (Splinter hemorrhages)  
endokardit-3.png
endokardit-4.png
endokardit-5.png

 

Diaqnostika  

Diaqnoz Duke kriteriyaları əsasında qoyulur:  

Əsas kriteriyalar:  

  • Tipik törədicilərin qan kulturunda tapılması (S. aureus, S. viridans)  
  • Exokardioqrafiyada (və ya KT/MRT-də) endokard zədəsinin aşkarlanması:   
    • Məsələn: qapaq vegetasiyası, fistul, perforasiya və s.  

Əlavə kriteriyalar:  

  • Temperatur > 38°C  
  • Damar patologiyaları (septik infarkt, arterial emboliya)  
  • Damardaxili narkotik qəbulu və ya yanaşı kardioloji xəstəlik   
  • İmmunoloji xəstəlik  
  • Endokardit üçün tipik olmayan törədicilərin qan kulturunda tapılması   

Endokardit diaqnozunun qoyulması üçün gərəklidir:  

  • 2 əsas kriteriya və ya  
  • 1 əsas kriteriya və 3 əlavə kriteriya və ya  
  • 5 əlavə kriteriya  

 

Müalicə  

Antibiotik müalicəsi  

İlkin olaraq empirik müalicə aparılır, daha sonra isə qan kulturu əsasında müalicə modifikasiya edilir.  

Empirik müalicə  

Son 1 il ərzində qapaq protezi əməliyyatı olmuş xəstələr:  

  • Vankomisin + rifampisin + gentamisin  

Digər xəstələr:  

  • Ampisillin + flukloksasillin + gentamisin  

Qan kulturunun nəticəsinə əsasən antibiotik terapiyası   

Streptokokklar:  

  • Penisillinə həssas streptokokklar:  
    • Penisillin və ya ampisillin və ya seftriakson  
  • Penisillinə rezistent streptokokklar:  
    • Penisillin və ya ampisillin və ya seftriakson + gentamisin  

Enterokokklar:  

  • Ampisillin + gentamisin və ya  
  • Ampisillin + seftriakson və ya  
  • Vankomisin + gentamisin  

Stafilokokklar:  

  • Nativ qapaq:  
    • MRSA (methicillin-resistent Staphylococcus aureus) : vankomisin  
    • MSSA (methicillin-sensitive Staphylococcus aureus) : flukloksasillin  
  • Protez qapaq:  
    • MRSA (methicillin-resistent Staphylococcus aureus) : vankomisin + gentamisin + rifampisin  
    • MSSA (methicillin-sensitive Staphylococcus aureus) : flukloksasillin + gentamisin + rifampisin  

Cərrahi müalicə  

Cərrahi müdaxiləyə əsas göstərişlər:  

  • Ürək çatışmazlığının yaranması:  
    • Kəskin qapaq çatışmazlığı  
    • Müalicəyə cavab verməyən ağciyər ödemi  
  • İnfeksiya nəzarət altına alına bilmədikdə (abses, fistul yarandıqda)  
  • Törədici multirezistent olduqda