Pnevmotoraks
Giriş
Pnevmotoraks, ağciyər və döş qəfəsi divarı arasındakı plevra boşluğunda havanın toplanması nəticəsində yaranan bir vəziyyətdir. Bu hava ağciyərin tam və ya qismən çökərək normal şəkildə genişlənməsinə mane olur və nəfəsalmanı çətinləşdirir.
Patogenez
Havanın plevranın iki təbəqəsi arasına daxil olması ilə visseral plevra ilə parietal plevra arasındakı əlaqə itir və ağciyər döş qəfəsi hərəkətlərini müşayiət edə bilmir. Nəticədə ağciyər qismən və ya tam kollapsa uğrayır.
Etiologiya
Pnevmatotoraksın səbəbləri müxtəlifdir, onları bir neçə əsas qrupa bölmək olar:
Travmatik səbəblər
Küt və ya iti döş qəfəsi travmaları nəticəsində meydana gələ bilər, məsələn:
- Bıçaq və ya güllə yarası
- Qabırğa sınığı və ya çoxsaylı qabırğa sınıqları
- Ağciyər toxumasının yırtılması
- Barotravma
Yatrogen
- Məsələn: körpücükaltı kateteri qoyulan zaman, plevra punksiyası və ya cərrahi əməliyyatlar nəticəsində
Ağciyər xəstəlikləri
- Ağciyər emfizeması
- Vərəm kavernasının destruksiyası
- Ağciyər xərçəngi
- Mukovissidoz
- Marfan sindromu
- Ehler-Danlos sindromu
- Alfa-1-antitripsin çatışmazlığı
İdiopatik
Heç bir səbəb aşkarlana bilmir. Belə pnevmatotoraks, əsasən, gənc və arıq kişilərdə meydana çıxır.
Təsnifat
Patogenezinə görə:
- Qapalı pnevmatotoraks:
- Döş qəfəsində xarici bir zədə olmur. Hava ağciyərdən visseral plevra vasitəsilə çıxır.
- Açıq pnevmatotoraks:
- Döş qəfəsi zədələnməsi nəticəsində yaranır, hava döş qəfəsinin divarından və parietal plevradan daxil olur.
Həcminə görə:
- Hissəvi pnevmatotoraks:
- Ağciyərin qismən kollapsı
- Tam pnevmatotoraks:
- Ağciyərin tam kollapsı
- İkitərəfli pnevmatotoraks:
- Hər iki tərəfdə pnevmatotoraksın mövcudluğu
Simptomlar
- Döş qəfəsinin müvafiq tərəfində qəflətən başlayan, kəskin ağrı
- Təngnəfəslik
- Quru öskürək
- Tənəffüs zamanı pnevmotoraksa uğramış döş qəfəsi yarısının “geridə qalması”
Diaqnostika
Fiziki müayinə
İnspeksiya:
- Döş qəfəsinin baxışında mümkün zədələr
- Taxipnoe (sürətli tənəffüs), asimmetrik tənəffüs hərəkətləri
- Müvafiq tərəfdə mümkün dəri emfizeması
Auskultasiya:
- Ağciyər üzərində səslərin zəifləməsi və ya tamamilə yox olması
Perkussiya:
- Döş qəfəsinin perkussiyası zamanı müvafiq tərəfdə "qutu səsi" eşidilir
Radioloji müayinə
Döş qəfəsinin rentgeni:
- Pnevmatotoraks şübhəsi varsa, rentgen müayinəsi standart diaqnostik metoddur.
Ultrasəs müayinəsi:
- Təcili diaqnostikada rentgenə alternativ olaraq istifadə edilə bilər.
Kompüter tomoqrafiyası:
- Bəzi hallarda rentgen müayinəsi diaqnoz üçün kifayət etmədikdə aparılır.

Müalicə
Pnevmatotoraksın müalicəsi onun səbəbindən asılıdır. Mümkün müalicə üsullarına aşağıdakılar aiddir:
- Oksigen terapiyası:
- Tənəffüs dəstəyini təmin etmək üçün
- Konservativ yanaşma:
- Kiçik, simptomsuz pnevmatotorakslarda tətbiq edilir. Bu zaman 24 saat sonra rentgen müayinəsi aparılmalıdır.
- Döş qəfəsinin punksiyası və toraks drenajının yerləşdirilməsi (Bülau və ya Monaldi drenajı)
- Bronxoskopiya vasitəsilə “sızma” sahəsinin aradan qaldırılması
- Cərrahi üsullar:
- Məsələn: təkrarlayan spontan pnevmatotorakslarda VATS (video-assisted thoracoscopic surgery)
