Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Ağciyər emfizeması

Giriş  

Ağciyər emfizeması – ağciyərlərin hava miqdarının patoloji olaraq artması və terminal bronxiollardan etibarən ağciyər toxumasının geridönməz şəkildə destruksiyası ilə xarakterizə olunan xəstəlikdir.  

 

Etiologiya  

Əsas səbəblər:  

  • Siqaret çəkmə (90% hallarda)  
  • Passiv siqaret çəkmə (siqaret tüstüsünə məruz qalma)  
  • Ətraf mühit amilləri (zərərli qazlar, tozlar)  
  • Genetik faktorlar (məsələn: alfa-1-antitripsin çatışmazlığı)  

 

Təsnifat  

  • Sentrilobulyar forma:   
  • Panlobulyar forma:   
    • Daha nadir hallarda rast gəlinir  
    • Etiologiya: adətən, alfa-1-antitripsin çatışmazlığı nəticəsində meydana çıxır 
    • Lokalizasiya: əsasən, ağciyərin aşağı paylarında yerləşir  

 

Patofiziologiya  

Xroniki iltihab prosesləri nəticəsində:  

  1. Tənəffüs yolları daralır - nəfəs verən zaman terminal bronxiollar kollaps olur və hava ağciyərlərdə ilişib qalır.  
  2. Ağciyər havalanmasının artması - alveollar həddindən artıq genişlənir və qaz mübadiləsində iştirak etməyən emfizema kisəciklərinin əmələ gəlir.  

 

Simptomlar  

Ağciyər emfizemasının əsas simptomları:  

  • Təngnəfəslik  
  • Tənəffüs amplitudunun azalması  
  • Çəlləyəbənzər döş qəfəsi  
  • Sianoz (dəri rənginin solması)  
  • Öskürək  
  • İnspeksiya: çəlləyəbənzər döş qəfəsi  

 

Diaqnostika  

Fiziki müayinə:  

  • Perkussiya: timpanik səs  
  • Auskultasiya: tənəffüs səslərinin zəifləməsi  

Rentgen müayinəsi:  

  • Döş qəfəsinin genişlənməsi  
  • Diafraqmanın aşağı enməsi və düzləşməsi  
  • Ağciyərdə havalanmanın artması  

Kompüter tomoqrafiya (KT):  

  • Ağciyərin toxuma sıxlığının azalması  
  • KT vasitəsilə emfizemanın təsnifatını və buna uyğun olaraq səbəbini təxmin etmək mümkün olur  

Spirometriya:  

  • Həyat tutumunun azalması  
  • Qalıq həcmin artması  
epitel-17.png

 

Müalicə  

Müalicə ilk növbədə əsas xəstəliyin (məsələn, XOAX , alfa-1-antitripsin çatışmazlığı) müalicəsinə və xəstəliyin irəliləyişini dayandırmağa yönəlmişdir. Əsas metodlar:  

  • Zərərli təsirlərin uzaqlaşmaq (siqaretdən imtina)  
  • Tənəffüs gimnastikası  
  • Uzuntəsirli beta-2-aqonistlər, antixolinergiklər və kortikosteroidlər  
  • Oksigen terapiyası