Ağciyər xərçəngi
Giriş
Ağciyər xərçəngi – aşağı tənəffüs yollarının (bronxlar) hüceyrələrindən inkişaf edən bədxassəli şişlə xarakterizə olunur. Qadınlara nisbətən kişilərdə 3 dəfə daha çox rast gəlinir. Xəstəlik, adətən, 50-70 yaş arası ortaya çıxır.
Etiologiya
- Siqaret istifadəsi:
- Xəstələrin 90–95%-i siqaret çəkən insanlar təşkil edir. Siqaret tüstüsündəki kanserogen maddələr bronx divarının hüceyrələrində mutasiyaya səbəb olur və nəticədə bədxassəli şişlər inkişaf edir.
- Peşə fəaliyyəti ilə əlaqədar məruz qalınan ətraf-mühit faktorları:
- Asbest
- Radon
- Genetik meyllilik
Təsnifat
Ağciyər xərçəngi iki əsas qrupa bölünür:
- Kiçik hüceyrəli ağciyər xərçəngi (SCLC): 15% hallarda
- Kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (NSCLC): 85% hallarda
- Epitelial karsinom: 40%
- Adenokarsinom: 35%
- Böyük hüceyrəli karsinom: 10%
Simptomlar
Tez-tez rast gəlinən əlamətlərə aiddir:
- Xroniki öskürək
- Döş qəfəsində ağrı
- Qanlı bəlğəm (hemoptiz)
- Təngnəfəslik
- Çəki itirilməsi
- İştahsızlıq
Gecikmiş əlamətlər:
- Üz və boyunda şişkinlik
- Paraneoplastik sindrom (hormonal pozuntular)
Metastaz
Ağciyər xərçəngi zamanı ən çox metastaza rast gəlinən olunan orqanlar:
- Qaraciyər
- Beyin
- Böyrəküstü vəzilər
- Sümüklər
Diaqnostika
- Fiziki müayinə:
- Auskultasiyada xırıltılar
- Ağrısız limfa düyünlərinin palpasiyası
- Auskultasiyada xırıltılar
- Radioloji müayinə:
- Rentgen
- Kompüter tomoqrafiya

- Endoskopik müayinə:
- Bronxoskopiya və biopsiya
- Laborator müayinə:
- Tumor markerləri:
- NSE (kiçik hüceyrəli ağciyər xərçəngi)
- CEA (adenokarsinom)
- CYFRA 21-1 (epitelial karsinom)
- NSE (kiçik hüceyrəli ağciyər xərçəngi)
- Molekulyar-genetik analizlər
- ALK translokasiyası
- BRAF-V600E mutasiyası
- EGFR mutasiyası
- KRAS mutasiyası
- HER2 mutasiyası
- ALK translokasiyası
- Tumor markerləri:
Müalicə
- Cərrahi əməliyyat:
- Şişin rezeksiyası (ilkin mərhələlərdə)
- Kimyaterapiya və şüa-terapiya:
- Kiçik hüceyrəli xərçəngdə daha çox istifadə edilir
- Palliativ terapiya:
- Gecikmiş mərhələdə simptomların yüngülləşdirilməsi üçün tətbiq edilir
Ağciyər xərçənginin erkən aşkarlanması xəstənin ümumi sağqalım müddətini əhəmiyyətli dərəcədə artırır.