Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Qlioblastoma

Giriş  

Birincili beyin şişi olan qlioblastoma neyron və qlial sələf hüceyrələrdən inkişaf edir. İDH mutasiyasının olmaması onu digər astrositoma növlərindən fərqləndirir. Xəstəlik WHO ( World Health Organisation - Ümumdünya Sağlamlıq Təşkilatı) təsnifatına əsasən 4-cü dərəcə olaraq təsnif olunur.   

Əsasən, beyin yarımkürələrində inkişaf edən qlioblastoma prinsipcə beynin istənilən nahiyəsində yarana bilər.     

 

Simptomlar  

  • Lokalizasiyadan asılı olaraq müxtəlif fokal nevroloji defisitlər müşahidə oluna bilər:  
    • Afaziya, hemiparez və ya hemihipesteziya, koqnitiv qabiliyyətin azalması, yaddaşın pozulması və s.  
  • Epileptik tutma  
  • Baş ağrısı , ürəkbulanma  

 

Diaqnostika  

Radioloji müayinə:  

  • Kontrastlı MRT müayinəsi:  
    • Tipik müayinə nəticələri:  
      • Qeyri-homogen quruluş  
      • Şişin kontrast maddəni özündə tutması (beyin-qan bariyerinin pozulması nəticəsində)  
      • Şiş ətrafında ödem  
epitel-31.png

 

Molekulyar-patoloji müayinə:  

  • İDH mutasiyasının olmaması  
  • MGMT-promotor metilləşməsi:  
    • Müsbət olması proqnozun nisbətən daha yaxşı olmasına işarə edir  

Histopatoloji müayinə:  

  • Şişin mərkəzində nekroz  
  • Mikrovaskulyar proliferasiya (damarlanmanın artması)  

 

Müalicə  

Müalicə prinsipi palliativ yanaşmadan ibarətdir. Buraya aiddir:  

  • Şişin rezeksiyası  
  • Daha sonra şüa-terapiya ilə yanaşı kimyaterapiya (temozolomid, lomustin)