Baş ağrısı
Giriş
Baş ağrısı klinik praktikada ən çox rast gəlinən ağrı sindromlarından biridir. Birincili və ikincili olmaqla iki əsas qrupa bölünür. Əksər hallarda müvəqqəti və zərərsiz olsa da, baş ağrısı bəzi hallarda təhlükəli patologiyaya işarə edə bilər.
Təsnifat
Birincili baş ağrıları:
- Miqren
- Gərginlik tipli baş ağrısı
- Klaster tipli baş ağrısı
İkincili baş ağrıları:
- Posttravmatik baş ağrısı
- Damar patologiyaları fonunda baş ağrısı ( subaraxnoidal qanaxma , temporal arteriit)
- Homeostaz pozulmaları fonunda ( arterial hipertoniya , hipotiroidizm )
- Beyindaxili təzyiqin artması fonunda baş ağrısı ( beyin şişləri , hidrosefaliya)
- İnfeksiya ( meningit )
- Psixoloji mənşəli
- Kəllə sinir nevralgiyaları (trigeminus nevralgiyası)
Simptomlar
Aşağıdakı hallarda təcili diaqnostika aparılmalıdır (red flag symptoms):
- Qəflətən başlayan, güclü baş ağrısı
- Temperatur
- Nevroloji əlamətlər (hemiparez, afaziya və s.)
- Oyanıqlığın pozulması
- Meningizm əlamətləri
- Göz ağrısı
Diaqnostika
Anamnez:
- Ağrının davametmə müddəti
- Tezliyi
- Lokalizasiyası
- Xarakteri (pulsasiyaedici, deşici və s.)
- İntensivliyi
- Müşayiət edən əlamətlər (ürəkbulanma, aura və s.)
- Tətikləyici faktorlar (yuxusuzluq, fiziki hərəkət və s.)
Fiziki müayinə:
- Nevroloji müayinə, meningizm əlamətləri
Laborator müayinə:
- İltihab göstəriciləri
Radioloji müayinə:
- KT: qanaxma, şiş , artmış kəllədaxili təzyiq, sinusit aşkarlana bilər
- MRT: daha ətraflı diaqnostika üçün (məsələn: şiş aşkarlandıqda)
- Meningitin və subaraxnoidal qanaxmanın çıxdaş və ya təsdiq olunması üçün
Differensial diaqnostika
Birincili baş ağrıları

