Hemorragik insult
Giriş
Hemorragik insult (intraserebral qanaxma) – beyin parenximinə qan sızması ilə xarakterizə olunan, insultun ikinci ən çox rast gəlinən növüdür. İnsultların təqribən 85%-i işemik , 15%-i isə hemorragik səbəblərdən qaynaqlanır. Beyindaxili qanaxmaların ən çox rast gəlinən səbəbi arterial hipertoniya dır.
Etiologiya
Qeyri-travmatik intraserebral qanaxma:
- Hipertenziya mənşəli (təxminən 35%):
- Ən çox 40-70 yaş arası xəstələrdə müşahidə edilir
- Tipik lokalizasiya: bazal qanqlionlar, talamus, körpü (pons), beyincik
- Amiloid angiopatiya (təxminən 20%):
- Əsasən, 70 yaşdan yuxarı xəstələrdə rast gəlinir
- Hemorragik diatez:
- Yatrogen səbəblər: antikoaqulyant və antiaqqreqant preparatlar
- Digər koaqulopatiyalar: sistemik qan laxtalanma pozğunluqları
- Yatrogen səbəblər: antikoaqulyant və antiaqqreqant preparatlar
- Damar anomaliyaları:
- Kavernoma, arteriovenoz malformasiya, anevrizma
- Spontan beyindaxili qanaxma:
- Kriptogen: naməlum səbəbdən yaranan qanaxma
- Digər səbəblər:
- Şiş , işemik insult zamanı ikincili qanaxma, narkotik istifadəsi (xüsusilə, kokain və amfetaminlər), vaskulitlər
Travmatik intraserebral qanaxma:
- Kəllə-beyin travması ilə əlaqəli qanaxmalar:
- Ağır travmalar zamanı xəstələrin 40%-də rast gəlinir
Təsnifat
Tipik intraserebral qanaxma:
- Subkortikal və ya infratentorial nahiyəyə qanaxma
- Tipik lokalizasiyalar:
- Bazal qanqlionlar
- Talamus
- Beyincik və ya pons (infratentorial qanaxma)
Atipik intraserebral qanaxma:
- Paydaxili (lobar) qanaxma: böyük yarımkürələrin bir payında baş verən qanaxma
- Kortikal qanaxma: kortekslə (beyin qabığı) məhdudlaşan qanaxma
- Mədəcikdaxili qanaxma: xoroid kələf (plexus choroideus) damarlarından qanaxma

Simptomlar
Ümumi əlamətlər:
- Qəfləti başlanğıca malik simptomlar, bəzən qanaxmanın artması ilə birlikdə simptomların pisləşməsi:
- Baş ağrısı
- Epileptik tutmalar
- Nevroloji defisitlər
Lokalizasiyadan asılı olaraq digər simptomlar:
Bazal qanqlionlar:
- Kontralateral (əks tərəfdə) hemiparez
Talamus:
- Oyanıqlığın azalması (somnolent, sopor, stupor)
- Kontralateral hemiparez və hemihipesteziya
- Neqlekt (simptomlar olan tərəfi xəstənin dərk etməməsi)
- Bəzi hallarda homonim hemianopsiya
Beyincik:
- Ürəkbulanma, qusma, başgicəllənmə
- Ataksiya (hərəki koordinasiyanın pozulması)
- Spontan nistaqm (göz bəbəklərinin qeyri-iradi, ritmik hərəkəti)
- Dizartriya (artikulyasiyanın pozulması)
Pons (körpü):
- Koma
- Tetraparez (bütün ətrafların iflici) və ya kontralateral hemiparez və hemihipesteziya
- İzolə kəllə-beyin sinir pozuntuları (məsələn: üz sinirinin iflici, okulomotor sinirin iflici)
Paydaxili (lobar) qanaxma:
- Əlamətlər qanaxmanın böyüklüyünə görə dəyişir:
- Fokal hissi və ya hərəki defisitlər
- Epileptik tutma (ən çox gicgah payında)
- Ənsə payındakı qanaxmalarda kontralateral homonim hemianopsiya və ya kvadrantanopsiya
Diaqnostika
Kompüter tomoqrafiyası (KT)
Qızıl standart: müayinənin həssaslığı (sensitivliyi) ≈100%
- Təcili diaqnostika üçün MRT-ə nisbətən KT-ə üstünlük verilir
- Kontrol müayinəsi olaraq da əsas seçimdir
Maqnit rezonans tomoqrafiyası (MRT)
- Təcili diaqnostikada KT ilə bərabər diaqnostik dəyərə malikdir, lakin mənfi cəhətləri:
- Müayinə üçün daha uzun müddət tələb olunur
- Daha baha başa gəlir
Müalicə
Konservativ müalicə:
- Arterial təzyiqə nəzarət:
- İlk 2 saat ərzində sistolik təzyiq ≤140 mmHg səviyyəsinə qədər endirilir, lakin 110 mmHg-dən aşağı olmamalıdır
- Ehtiyac olduqda intubasiya və süni tənəffüs
- Ağrıkəsici preparatlar
- Ağrı dərəcəsinə görə parasetamol, ibuprofen və ya opioidlər
Hemostatik müalicə:
- Traneksam turşusu: qanaxmanın təkrarlanmasının qarşısını almaq üçün istifadə olunur
- Antikoaqulyantların qəbulunun dayandırılması (varsa) və mümkünsə antaqonizə edilməsi:
- Apiksaban və rivaroksaban: andeksanet alfa ilə antaqonizə olunur
- Dabiqatran: idarucizumab ilə antaqonizə olunur
- Vitamin K və protrombin kompleks konsentratı: INR >1,2 olarsa
Cərrahi müalicə:
- Supratentorial qanaxmalar:
- Kraniotomiya və stereotaktik aspirasiya
- Beyincik qanaxmaları:
- Dördüncü mədəciyin sıxılması və ya beyin kötüyünün zədələnməsi əlamətləri varsa, təcili əməliyyat tələb olunur