Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Subaraxnoidal qanaxma

Giriş  

Subaraxnoidal qanaxma eyniadlı boşluğa qanaxmanı ifadə edən nevroloji təcili vəziyyətdir. Ən çox rast gəlinən səbəblərə kəllə-beyin travması və anevrizmalar aiddir.  

Xəstələrin təxminən 15-20%-i xəstəxanaya çatmadan həyatını itirir. Ümumilikdə pasientlərin yalnız 1/3 hissəsi həyatına əvvəlki kimi davam edə bilir, qalanlar isə fiziki və ya əqli qüsurlar ilə həyatına davam etməli olurlar.   

epitel-26.png

 

Etiologiya   

Travmatik səbəblər:  

  • Ağır kəllə-beyin travmaları zamanı yaranan subaraxnoidal qanaxmalar  

Qeyri-travmatik səbəblər:  

  • Anevrizma nəticəsində subaraxnoidal qanaxma (təxminən 85% hallarda):  
    • Əsas risk faktorlarına arterial hipertoniya , tütün və xronik alkoqol istifadəsi aiddir  
    • Anevrizmaların ən çox rast gəlinən lokalizasiyası:  
      • Ön beyin arteriyası  
      • Orta beyin arteriyası  
      • Daxili yuxu arteriyası  
      • Bazilyar arteriya  
  • Qeyri-anevrizmatik subaraxnoidal qanaxma (təxminən 15% hallarda):  
    • Arteriovenoz malformasiya (AVM)  
    • Perimezensefal subaraxnoidal qanaxma (venoz qanaxma)  

 

Simptomlar  

  • Qəfil başlayan, çox kəskin baş ağrısı  
  • Ürəkbulanma və qusma  
  • Oyanıqlığın pozulması  
  • Meningizm  
  • Fokal nevroloji defisitlər (hemiparez, hemihipesteziya, afaziya və s.)  
  • Epileptik tutma  

 

Diaqnostika  

Kompüter tomoqrafiya və angioqrafiya (ilk seçim metodu)  

epitel-27.png

 

Likvor müayinəsi :  

  • Kompüter tomoqrafiya ilə subaraxnoidal qanaxma aşkarlanmadıqda, lakin buna güclü şübhə olduqda aparılır.   
  • Üç boru metodu:  
    • Likvor mayesi ardıcıl şəkildə doldurulmuş 3 şüşədə qan miqdarı eyni qalır  
    • Eyni qalmırsa, yəni getdikcə azalırsa, bu yatrogen şəkildə likvor mayesinə qan qarışmasına işarə edir  

Digital substraksion angioqrafiya (DSA):  

  • Qanaxma mənbəyini müəyyənləşdirməyə kömək edir  
epitel-28.png

 

Müalicə  

DSA müayinəsində anevrizma aşkarlanarsa aşağıdakı müalicə metodları mümkündür:  

  • Coiling – anevrizmanın içərisinə endovaskulyar şəkildə “coil”in (xüsusi spiral tellər) yerləşdirilməsi  
  • Clipping – cərrahi olaraq anevrizmanın “klip”lənməsi və beləliklə, anevrizmaya qan axınının dayandırılması  
epitel-29.png

Bu prosedurlar simptomların başlamasından sonrakı 72 saat ərzində həyata keçirilməlidir.