Likvor punksiyası
Giriş
Likvor müayinəsi diaqnostik və terapevtik məqsədlər üçün aparılan nevroloji müayinələrdən biridir. Adətən, bel nahiyəsində (optimal olaraq L4 /L5 və ya L3/L4 səviyyəsində) aparılır.

Göstərişlər
Likvor müayinəsi, əsasən, aşağıdakı xəstəliklərə şübhə olduqda aparılır:
- Meningit / ensefalit
- Mielit
- Guillain-Barré sindromu
- Subaraxnoidal qanaxma
- Xroniki-iltihabi demielinizasiya edici polineyropatiya (CIDP)
- Multipl skleroz
- Sinir sisteminin sarkoidozu (neyrosarkoidoz)
- Sinir sisteminin vərəmi
- Demensiya
Bu müayinə, həmçinin, aşağıdakı hallarda probator və ya terapevtik məqsədlərlə də aparıla bilər:
- Normal təzyiqli hidrosefaliya (normal pressure hydrocephalus)
- İdiopatik kəllədaxili hipertenziya (pseudotumor cerebri)
- İntratekal preparatların yeridilməsi üçün
Əks-göstərişlər
- Artmış kəllədaxili təzyiq:
- Fokal nevroloji defisitlər və ya şüurun pozulması müşahidə olunduqda
- Qanaxmaya meylliliyin artması:
- Antikoaqulyant preparatların qəbulu
- Trombosit sayının < 50.000/μl olması
- INR > 1,8 olması
Likvor müayinəsindən əvvəl aşağıdakı antiaqqreqant və antikoaqulyant preparatların qəbulu dəqiqləşdirilməlidir: Aspirin - əks-göstəriş deyil Klopidoqrel - müayinədən minimum 7 gün öncə qəbulu dayandırılmalıdır Apiksaban, rivaroksaban, dabigatran - müayinədən minimum 2 gün öncə qəbulu dayandırılmalıdır Markumar - İNR müəyyənləşdirilməli, <1,4 olarsa, müəyinə aparıla bilər Heparin (klassik və ya aşağı molekul çəkili) - müayinədən minimum 6-12 saat öncə qəbulu dayandırılmalıdır |
Ağırlaşmalar
- İnfeksiya (məsələn: epidural abses)
- Postpunksional baş ağrısı
- Qanaxma