Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Multipl skleroz

Giriş  

Multipl skleroz (MS) autoimmun xronik-iltihabi mərkəzi sinir sistemi (MSS) xəstəliyidir. Bu xəstəlik zamanı sinir liflərinin demielinləşməsi nəticəsində MSS-də zədə ocaqları meydana çıxır.  

 

Etiologiya  

  • Etiologiya məlum deyil  
  • Genetik meyllilik xəstəliyin ortaya çıxmasında rol oynayır  

 

Patofiziologiya  

Oliqodendrositlərin mielin zülalına qarşı autoimmun aktivlik → demielinizasiya → MSS-də zədə ocağı  

Multipl skleroz zamanı mərkəzi sinir sistemində əsas zədələnmə lokalizasiyaları:  

  • Yukstakortikal ağ maddə  
  • Periventrikulyar ağ maddə  
  • Beyin kötüyü  
  • Beyincik  
  • Onurğa beyni  

 

Simptomlar  

  • Hissiyat pozğunluğu: paresteziya və ya hipesteziya  
  • Spastik parez, Babinski əmaləti  
  • Optik neyrit: adətən, birtərəfli görmə zəifliyi, göz hərəkətləri zamanı ağrı  
  • Beyincik zədələnməsi əlamətləri: ataksiya, dismetriya, məqsədli hərəkət zamanı tremor (intention tremor)   
  • Xroniki yorğunluq  
Bir çox hallarda multipl skleroz özünü ilk olaraq optik neyrit şəklində büruzə verir.
ms-1.png

 

Diaqnostika  

MS diaqnozunu təsdiqləmək üçün McDonald kriteriyalarından istifadə olunur.  

McDonald kriteriyaları:  

  • Lokalizasion disseminasiya:  
    • MS üçün tipik zədələnmə lokalizasiyalarından ( yukstakortikal ağ maddə, periventrikulyar ağ maddə, infratentorial, onurğa beyin) ən az ikisində zədə ocaqları MRT vasitəsilə təsdiq edilməlidir.   
  • Zaman disseminasiyası:  
    • Ən az iki klinik atak (MS özünü, əsasən, klinik ataklar, yəni ağırlaşmalar şəklində özünü büruzə verir) müşahidə olunmalı və ya  
    • MRT-də qadolinium qəbul edən və etməyən zədələr eyni anda aşkarlanmalıdır  
ms.png

 

MRT müayinəsindən əlavə likvor müayinəsi MS diaqnozunu dəstəkləmək üçün aparılır.  

Likvor müayinəsində:  

  • Leykositoz olmur və ya çox az olur  
  • İmmunoqlobulin G sintezi ↑  
  • Oliqoklonal bandlar (zolaqlar) aşkarlanır  

 

Müalicə  

MS müalicəsi iki hissədən ibarətdir:  

  • Klinik ataklar (ağırlaşmalar) zamanı müalicə  
  • Xəstəliyin irəliləməsinin qarşısını alan uzunmüddətli müalicə  

Klinik ataklar zamanı müalicə:  

  • İlk seçim preparatı: qlükokortikoidlər  
  • Qlükokortikoid terapiyası uğursuz olduqda: plazmaferez və ya immun adsorbsiya  

Xəstəliyin irəliləməsinin qarşısını alan uzunmüddətli müalicə:  

  • İmmunmodulyator preparatlarla aparılır  
  • Əsas istifadə olunan preparatlar: interferon β, qlatiramerasetat, kladribin, alemtuzumab, okrelizumab və s.