Essensial tremor
Giriş
Essensial (birincili) tremor naməlum etiologiyalı xoşxassəli nevroloji xəstəlikdir. Bu tremor növü, əsasən, hərəkət zamanı ortaya çıxır. Stresli vəziyyətlərdə artmağa meyil göstərən bu tremor, adətən, alkoqol qəbulundan sonra azalır.
Əsas tremor növləri və rast gəlindikləri xəstəliklər:
|
Etiologiya
- Etiologiya naməlumdur
- Genetik meyllilik müşahidə olunur
Simptomlar
Hərəkət zamanı ortaya çıxan tremor:
- 5-10 Hz tezliyə malik olur
- Stresli vəziyyətlərdə artır
- Alkoqol qəbulundan sonra azalır
- Əsasən, əllərdə, bəzən isə başda və, hətta səs tellərində müşahidə oluna bilər
Diaqnostika
Adətən, anamnez və fiziki müayinə diaqnozu qoymağa kifayət edir.
Yanaşı olaraq bəzi xəstəliklərin çıxdaş olunması üçün laborator müayinələr gərəklidir:
- TSH
- Qaraciyər parametrləri (ALT, AST və digərləri)
Müalicə
Əsas seçim preparatları:
- Propranolol
- Primidon
İkinci sıra seçim preparatları:
- Qabapentin
- Topiramat