Mərkəzi sinir sisteminin quruluşu
Ümumi quruluş
Mərkəzi sinir sisteminin (MSS) ümumi quruluşunu aşağıdakı şəkildə təsvir etmək olar:
- Onurğa beyni
- Beyin kötüyü: medulla (uzunsov beyin), pons (körpü) və orta beyin
- Beyincik
- Diensefalon: talamus və hipotalamus
- Beyin yarımkürələri

Onurğa beyni
Onurğa beyni, MSS-in ən aşağı hissəsi olub, kəllə əsasından birinci bel fəqərəsi səviyyəsinə qədər uzanır. Onurğa beyni 31 cüt onurğa sinirindən ibarətdir və bu sinirlər həm hissi (afferent), həm də hərəki (efferent) sinirləri özündə ehtiva edir.
- Hissi sinirlər dəridən, oynaqlardan, əzələlərdən və daxili orqanlardan informasiyanı onurğa beyninə daşıyır.
- Hərəki sinirlər isə məlumatı onurğa beynindən periferiyaya çatdırır və iki əsas qrupa bölünür:
- Somatik sinir sistemi: skelet əzələlərini innervasiya edir
- Avtonom sinir sistemi: ürək əzələsi, saya əzələ, vəzilər və sekretor hüceyrələri innervasiya edir.
Beyin kötüyü
Medulla, pons və orta beyin birlikdə beyin kötüyü adlanır. 12 kəllə sinirindən 10-u (III–XII) başlanğıcını beyin kötüyündən götürür. Beyin kötüyünün əsas komponentləri aşağıdakılardır:
Medulla:
- Onurğa beyninin yuxarı uzantısıdır.
- Avtonom mərkəzlərə malikdir, tənəffüsün və qan təzyiqinin tənzimlənməsini təmin edir.
- Udma, öskürmə və qusma reflekslərini koordinasiya edən mərkəzlər burda yerləşir.
Pons:
- Medullanın yuxarı hissəsində yerləşir.
- Medulla ilə birlikdə tarazlığın və bədənin duruşunun saxlanmasında, həmçinin tənəffüsün tənzimlənməsində iştirak edir.
- Beyin yarımkürələrindən beyinciyə və ya əks istiqamətdə məlumatlar pons vasitəsilə ötürülür.
Orta beyin:
- Ponsun yuxarı hissəsində yerləşir.
- Göz hərəkətlərinin idarə olunmasında iştirak edir (N.oculomotorius v ə N.trochlearis).

Beyincik
Beyincik pons və medullanın arxasında yerləşir. Əsas funksiyaları aşağıdakılardır:
- Hərəkətlərin, eləcə də baş və göz hərəkətlərinin koordinasiyası
- Hərəkətlərin planlanması və icrası
- Duruşun saxlanılması
Bu səbəbdən beyincik, beyin qabığı və onurğa beyni arasında yerləşərək aşağıdakı məlumatları inteqrasiya edir:
- Onurğa beynindən gələn hissi məlumatlar (bədənin fəzada duruşu)
- Beyin qabığından gələn hərəki məlumatlar
- Daxili qulağın vestibulyar orqanlarından gələn tarazlıq haqqında məlumatlar
Bu informasiyalar nəticəsində beyincik hərəkətlərin düzgün və dəqiq icrasını təmin edir.
Diensefalon
Talamus və hipotalamus birlikdə diensefalonu təşkil edir.
Talamus:
- Beyin qabığına gedən demək olar ki, bütün sensor məlumatları “emal” edir.
Hipotalamus:
- Talamusun aşağısında yerləşir.
- Aşağıdakı funksiyalara nəzarət edir:
- Bədən temperaturunun tənzimlənməsi
- Su balansının tənzimlənməsi
- Hipotalamus, həmçinin, endokrin vəz funksiyasına malikdir:
- Releasing hormonlar və inhibitor hormonlar ifraz edərək ön hipofizin hormon ifrazını tənzimləyir.
Releasing və inhibitor hormonlar Releasing hormonlara aiddir:
İnhibitor hormonlara aiddir:
|
Beləliklə, hipotalamus həm endokrin sistemin bir hissəsi kimi, həm də homeostazın tənzimlənməsində mühüm rol oynayır.
Beyin yarımkürələri
Beyin yarımkürələri beyin qabığı, altındakı ağ maddə və qabıqaltı nüvələrdən ibarətdir. Bu strukturlar dərketmə, ali hərəki funksiyalar, yaddaş və emosiyalar kimi funksiyaları idarə edir.
- Beyin qabığı:
Beyin qabığı beyin yarımkürələrinin xarici səthidir və dörd paydan ibarətdir:- Frontal (alın), parietal (təpə), temporal (gicgah) və oksipital (ənsə). Bu paylar şırımlarla (sulcus) bir-birindən ayrılır.
- Beyin qabığı hissi məlumatları alır və emal edir, həmçinin, hərəki funksiyaları tənzimləyir.
- Bazal qanqlionlar, hipokampus və amiqdala:
Bunlar beyin yarımkürələrinin əsas dərin nüvələridir:- Bazal qanqlionlar:
- Caudatus nucleus, putamen və globus pallidus -dan ibarətdir və hərəkətin tənzimlənməsində rol oynayır. Bu nüvələr beyin yarımkürəsinin bütün paylarından məlumat alır və talamus vasitəsilə hərəkəti tənzimləyir.
- Hipokampus:
- Limbik sistemin bir hissəsi olaraq, hippokampus yaddaşın formalaşmasında əhəmiyyətli rol oynayır.
- Amiqdala:
- Həmçinin, limbik sistemin bir hissəsi olan amiqdala emosiyaların tənzimlənməsində iştirak edir və eləcə də emosional reaksiyalar zamanı ürək döyüntüsü, göz bəbəyi ölçüsü kimi fizioloji reaksiyalara təsir edir.
- Bazal qanqlionlar: