Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Demensiya

Giriş   

Demensiya – ali beyin funksiyalarının pozulması ilə xarakterizə olunan nevroloji sindromdur. Nəticədə yaddaşın, nitqin, mühakimə və düşünmə qabiliyyətinin zəifləməsi müşahidə olunur.   

 

Təsnifat   

Demensiyanın ən çox rast gəlinən növləri:  

Alzheymer xəstəliyi  

  • Xəstəliyin gedişatı:  
    • Tədricən başlanır, orta mərhələdə sürətlənir, son mərhələdə yenidən yavaşlayır  
  • Xarakterik xüsusiyyətlər:  
    • Erkən dövrdə yaddaş pozğunluğu (xüsusilə yeni məlumatların yadda saxlanılması çətinləşir)  
    • Depressiv simptomlar  
    • Sosial bacarıqlar və şəxsiyyət uzun müddət qorunur  
  • Müayinələr:  
    • Radioloji müayinə: hipokampus və gicgah payının atrofiyası (KT və ya MRT-də)  
    • Likvor müayinəsi: tau proteinin ümumi miqdarı ↑, fosfo-tau proteini ↑, β-amiloid-zülalları ↓  
Hipoosmiya (iybilmənin zəifləməsi) Alzheymer demensiyasının erkən simptomlarından biri ola bilər.

Vaskulyar demensiya  

  • Xəstəliyin gedişatı:  
    • Qəfləti başlanğıc və infarktlarla birlikdə pisləşmə müşahidə olunur  
  • Xarakterik xüsusiyyətlər:  
    • Koqnitiv əlamətlərlə yanaşı digər simptomlar infarktların lokalizasiyasından asılı olaraq dəyişkənlik göstərir (məsələn: hərəki və ya hissi pozğunluqlar)  
  • Müayinələr:  
    • Radioloji müayinə: vaskulyar zədə ocaqları və daha öncə keçirilmiş insult lokalizasiyaları  

Qarışıq demensiya ( Alzheymer və vaskulyar demensiya birlikdə)  

  • Xarakterik xüsusiyyətlər:  
  • Müayinələr:  
    • Radioloji müayinə: Alzheymerə xas hipokampus atrofiyası və vaskulyar zədə ocaqları  
    • Likvor müayinəsi: Alzheymerə  aid biomarkerlər (bax: yuxarıda verilmişdir)  

Frontotemporal demensiya  

  • Xəstəliyin gedişatı:  
    • Adətən, erkən yaşlarda (40–60 yaş) ortaya çıxır  
  • Xarakterik xüsusiyyətlər:  
    • Davranış pozğunluqları (məsələn: dizinhibisiya, emosional kütləşmə) müşahidə olunur  
    • Proqressiv afaziya: nitqin pozulması  
  • Müayinələr:  
    • Radioloji müayinə: frontal və temporal payların asimmetrik atrofiyası  

 

Etiologiya  

Birincili demensiya sindromları  

Bu demensiya formaları, əsasən, neyrodegenerativ və ya damar mənşəli proseslərin nəticəsində üzə çıxır:  

  • Neyrodegenerativ demensiyalar:  
    • Alzheymer demensiyası: amiloid çöküntüləri və neyrofibrilyar dəyişikliklərlə xarakterizə olunur  
    • Frontotemporal demensiya: etiologiya naməlumdur  
  • Vaskulyar demensiya:  
    • Beyində qan dövranı pozğunluqları və insultların nəticəsində yaranır  

İkincili demensiya sindromları  

Bu formalar digər əsas xəstəliklərin və ya xarici faktorların nəticəsində yaranır:  

Normal təzyiqli hidrosefaliya zamanı beyin mədəciklərində normadan artıq likvor toplanır və mədəciklər genişlənir. Lakin bu zaman ümumi kəllədaxili təzyiq artmır. Klassik simptom triadası yerişin pozulması, sidikqaçırma və demensiya dan ibarətdir. Diaqnoz radioloji müayinə və likvor punksiyası vasitəsilə qoyulur. Belə ki, normal təzyiqli hidrosefaliya zamanı likvor buraxılmasından sonra xəstələrdə yaxşılaşma müşahidə olunur. Müalicə üçün isə ventrikuloperitoneal şuntdan istifadə olunur.  

 

Simptomlar  

Demensiyanın əsas əlamətləri yaddaş və düşüncə qabiliyyətlərinin zəifləməsi, gündəlik həyat fəaliyyətinin pozulmasıdır.  

Koqnitiv simptomlar:  

  • Yaddaş pozuntuları (xüsusilə, qısamüddətli yaddaşın pozulması)  
  • Düşüncə və konsentrasiyanın zəifləməsi  
  • Orientasiyanın pozulması: məkan və zaman anlayışının pozulması  
  • Qavrama və öyrənmə: yeni məlumatları anlama və yadda saxlama qabiliyyətinin azalması  
  • Nitq pozğunluğu: afaziya 
  • Apraksiya: hərəki funksiyalarının qorunmasına baxmayaraq, məqsədli hərəkətlərin yerinə yetirilməsində çətinlik  
  • Aqnoziya: görülən və eşidilən şeyləri tanımaqda çətinlik  
  • Aqrafiya: yazı yazmaq qabiliyyətinin itirilməsi  
  • Alek­siya: oxumaq bacarığının itirilməsi 

Psixi simptomlar:  

  • Depressiv simptomlar  
  • Aqressivlik və səbəbsiz agitasiya  
  • Hallüsinasiya: xüsusən, vizual hallüsinasiyalar 
  • Yuxu pozuntuları: gecə-gündüz ritminin pozulması  
  • Şəxsiyyət dəyişiklikləri: daha əvvəl xarakterik olmayan yeni davranışlar və emosional reaksiyalar  

 

Diaqnostika  

Fiziki müayinə:  

  • Şüur səviyyəsinin azalması  
    • İnsult simptomları: vaskulyar demensiyaya işarə ola bilər  
    • Yerişin pozulması: normal təzyiqli hidrosefaliyaya işarə ola bilər  
    • Dehidratasiya əlamətləri  
    • Kaxeksiya simptomları  

Laborator müayinə: 

  • Elektrolitlər: kalium, natrium, kalsium  
    • Qaraciyərin funksion parametrləri: hepatik ensefalopatiya?   
      • Qanda şəkər və HbA1c: şəkərli diabet in müayinəsi (vaskulyar demensiya üçün risk faktoru)  
      • Tiroid funksiyaları: sərbəst T3, sərbəst T4 və TSH  
      • Vitaminlər: B12, fol turşusu  

Radioloji müayinə:  

  • MRT: atrofiya (əsasən, hipokampus, gicgah və ya alın payında) və vaskulyar zədə ocaqlarının təyin olunması  

Likvor müayinəsi:  

  • İltihabi/infeksion səbəbləri çıxdaş etmək üçün  
    • Alzheymer xəstəliyi üçün spesifik biomarkerlərin təyini (ümumi tau protein miqdarı ↑, fosfo-tau proteini ↑, β-amiloid-zülalları ↓)  

 

Müalicə  

Terapiya əsas iki istiqamətdə aparılır:  

  • Demensiya əleyhinə müalicə  
  • Psixi simptomların müalicəsi  

Demensiya əleyhinə müalicə  

Qeyri-medikamentoz yanaşma 

  • Fiziki məşqlər: fiziki aktivliyin artırılması koqnitiv və hərəki funksiyaları yaxşılaşdıra bilər  
  • Erqoterapiya: xəstənin gündəlik işlərini özünün yerinə yetirməsini nisbətən asanlaşdırır  
  • Koqnitiv təlimlər: yeni biliklərin öyrənilməsi  

Dərman müalicəsi  

Asetilxolinesteraza inhibitorları:  

  • Donezepil   
  • Qalantamin  
  • Rivastiqmin  

NMDA reseptor antaqonisti:  

  • Memantin  

Psixi simptomların müalicəsi  

Antipsixotik preparatlar:  

  • Quetiapin (kvetiapin)
  • Risperidon  
  • Haloperidol  

Antidepressant preparatlar:  

  • Mirtazapin  
  • Sertralin  

Yuxu pozuntuları (insomnia):  

  • Melperon  
  • Pipamperon