Alzheimer xəstəliyi
Giriş
Alzheimer xəstəliyi ən geniş yayılmış demensial xəstəliklərdən biridir. Əsas simptomlara yaddaş və orientasiya pozğunluğu, eləcə də proqressiv afaziya aiddir. Dəqiq patogenez aydın olmasa da, amiloid lövhəciklərin hüceyrələrdə akkumulyasiyasının Alzheimer xəstəliyinə səbəb olduğu fərz edilir. Diaqnostika üçün klinik müayinə və anamnezlə yanaşı, radioloji müayinə və likvor müayinəsi də əsas yer tutur. Birbaşa müalicə mümkün olmasa da, koqnitiv problemləri azaltmaq üçün asetilxolinesteraza inhibitorları və NMDA antaqonisti olan memantindən istifadə olunur.

Etiologiya
- Etiologiya məlum deyil
- Psixososial aktivlik və yüksək təhsil səviyyəsi preventiv faktorlar hesab olunur
Simptomlar
- Yaddaş pozğunluğu
- Apraksiya
- Afaziya
- Vizual aqnoziya
- Yuxu-oyanıqlıq ritminin pozulması
- Davranış pozuntuları (aqqresivlik, disinhibisiya)
Diaqnostika
Kliniki müayinə:
- Başlıca olaraq qısamüddətli yaddaşın və iş yaddaşının pozulması
- Orientasiyanın pozulması
Psixiatrik testlər:
- Mini Mental Status testi
- DEMTECT testi
- MOCA testi
Beynin KT müayinəsi:
- Frontotemporal atrofiya (irəliləmiş mərhələdə)
- Hipokampus atrofiyası
EEQ:
- Generalizə teta- və delta dalğaları
- Tau proteinlərinin ümumi miqdarı ↑, fosfo-tau proteini ↑, β-amiloid-zülalları ↓

Müalicə
Asetilxolinesteraza inhibitorları:
- Rivastiqmin
- Donezepil
- Qalantamin
NMDA antaqonistləri:
- Memantin