Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hipotiroidizm

Giriş  

Hipotiroidizm – tiroid hormonlarının (T3 və T4) normadan aşağı olmasıdır. Anadangəlmə (kongenital) və qazanılmış formaları ayırd edilir. 

  • Anadangəlmə forması, əsasən, hamiləlik dönəmindəki yod çatışmazlığından və ya tiroid hipoplaziyasından qaynaqlanır. Bu halda uşaqlarda apatiya və koqnitiv çatışmazlıq müşahidə olunur. Bu halda xəstəlik mümkün qədər tez müalicə olunmalıdır, əks halda bu kretinizmlə nəticələnir.

  • Qazanılmış hipotiroidizm isə, adətən, autoimmun proses səbəbilə ( Haşimoto xəstəliyi ) ortaya çıxır. Anadangəlmə formada olduğu kimi geridönməz nəticələrə yol açmasa da, müalicə olunmadığı halda miksödem komasına səbəb ola bilər. 

Hipotiroidizmin müalicəsi çatışmayan hormonun əvəzlənməsindən (substitusiyası) ibarətdir. 

 

Etiologiya   

Birincili hipotiroidizm:

  • Patologiya tiroid vəzindədir

  • Ən çox rast gəlinən səbəblər: Haşimoto xəstəliyi , yod çatışmazlığı, yatrogen 

İkincili hipotiroidizm:

  • Patologiya hipofizdədir

  • Ən çox rast gəlinən səbəb: hipofiz çatışmazlığı (TSH ↓)

Hipotiroidizmə ən çox səbəb olan dərman preparatları:

  • Amiodaron
  • Litium preparatları
  • Karbamazepin

 

Simptomlar  

  • Ümumi yorğunluq, depressiya

  • Bradikardiya

  • Çəkinin artması

  • Soyuğa qarşı dözümsüzlük

  • Qəbzlik 

  • Saç tökülməsi

 

Diaqnostika   

Laborator müayinə

  • Birincili hipotiroidizm: T3 və T4 ↓, TSH ↑

  • İkincili hipotiroidizm: T3 və T4↓, TSH ↓

Haşimoto xəstəliyi ni (ən çox rast gəlinən səbəb) çıxdaş/təsdiq etmək üçün:

  • Tiroid peroksidazaya qarşı anticimlər

  • Tireoqlobulinə qarşı anticisimlər

 

Müalicə   

Müalicə levotiroksinlə hormon substitusiyasından ibarətdir.