Haşimoto tiroiditi
Giriş
Haşimoto tiroiditi – hipotiroidizm in ən geniş yayılmış səbəbidir. Xəstəliyin səbəbi xroniki limfositar iltihaba əsaslanan autoimmun proseslə izah olunur, lakin patofizioloji mexanizmlər tam olaraq aydın deyil.
Patofiziologiya
Xəstəlik autoimmun anticisimlər tərəfindən törədilir. Plazma hüceyrələrində istehsal olunan anticisimlər tireoperoksidaza fermentinə (TPO) qarşı reaksiya göstərir. Bu anticisimlər T-limfositləri aktivləşdirir və tiroid toxumasının destruksiyasına səbəb olur.
Risk faktorları:
- Qadın cinsi
- Xəstəliyin inkişafında estrogenin təşviqedici, testosteronun isə inhibitor təsiri olduğu fərz edilir
- D vitamini çatışmazlığı
- Stress
- Hepatit C
Simptomlar
- Xəstəliyin ilk fazalarında asimptomatik
- İrəli mərhələlərdə hipotiroidizm simptomları:
- Ümumi yorğunluq, depressiya
- Bradikardiya
- Çəkinin artması
- Soyuğa qarşı dözümsüzlük
- Qəbzlik
- Saç tökülməsi
Diaqnostika
Laborator müayinə
Anticisimlərin müəyyənləşdirilməsi:
- Tireoperoksidazaya qarşı anticisim: xəstələrin təxminən 90%-ində müsbət
- Tireoqlobulinə qarşı anticisim: xəstələrin təqribən 50%-ində müsbət
Tiroidin hormonal sekresiyasındakı dəyişikliklər:
- Erkən mərhələdə müvəqqəti hipertiroidizm müşahidə oluna bilər:
- TSH↓
- Sərbəst T3 və sərbəst T4↑
- TSH↓
- Sonrakı mərhələlərdə isə hipotiroidizm :
- TSH↑
- Sərbəst T3 və sərbəst T4↓
- TSH↑
Radioloji müayinə
Tiroidin ultrasəs müayinəsi:
- İnhomogen toxuma quruluşu
- Əksər hallarda ümumi ölçünün kiçilməsi
Müalicə
Haşimoto tiroiditi zamanı yaranan hipotiroidizm in müalicəsində levotiroksin preparatı istifadə olunur. Müalicə ömürlük davam etdirilir.