Bağırsaq keçməzliyi (ileus)
Giriş
Bağırsaq keçməzliyi (ileus) mexaniki maneə və ya funksional pozğunluq nəticəsində yarana bilər. Buna görə də, mexaniki və paralitik bağırsaq keçməzliyi olaraq iki növə ayrılır.
Etiologiya
Mexaniki bağırsaq keçməzliyi:
- Bağırsaq boşluğundakı patologiya nəticəsində:
- Şişlər nəticəsində yaranan daralma
- Kəskin koprostazda nəcis daşı
- İnvaginasiya
- Xarici cisimlər (məsələn: parazitlər)
- Öd daşı
- Neonatoloji səbəblər:
- Mekonium nəticəsində bağırsaq keçməzliyi
- Bağırsaq atreziyası
- Bağırsağın xaricindən sıxılma nəticəsində:
- İnkarserasiya olunmuş yırtıqlar (məsələn: qasıq yırtığı)
- Peritoneal karsinoz
- Çapıqlaşmış bağırsaq divarı nəticəsində:
- İltihabi proseslər (Kron xəstəliyi, divertikulit)
Mexaniki bağırsaq keçməzliyinin yerinə görə yayılma tezliyi:
|
Paralitik bağırsaq keçməzliyi:
- Birincili formalar (nadir):
- Neyropatiyalar (məsələn: Hirschsprung xəstəliyi)
- İkincili formalar (daha çox rast gəlinir):
- Reflektor keçməzlik: travma və ya peritonit nəticəsində yaranan iltihab
- Elektrolit pozuntusu: hipokalemiya, hiperkalsemiya
- Dərman mənşəli: opioidlər, antixolinergiklər, uzunmüddətli laksativ istifadəsi
- Damar mənşəli: məsələn: mezenterial işemiya
- Neyrogen: onurğa beynin kompressiyası, şəkərli diabet zamanı avtonom neyropatiya
- Metabolik: uremiya, porfiriya
Simptomlar
Ümumi simptomlar:
- Qarın ağrısı
- Ürəkbulanma, "şiddətli" qusma:
- Məsələn, keçməzlik papilla vateri -dən distal hissədə yerləşdikdə öd tərkibli qusma
- Qusma nazik bağırsaq keçməzliyində erkən, çənbər bağırsaq keçməzliyində isə gec müşahidə olunur
- Meteorizm, nəcis və qazın stazı → qarnın şişkinləşməsi
Lokalizasiyadan asılı olaraq digər simptomlar:
- Nazik bağırsaq keçməzliyi:
- Adətən, kəskin başlanğıc
- Güclü tutmaşəkilli ağrılar
- Bəzən "şiddətli" qusma
- Qalın bağırsaq keçməzliyi:
- Simptomlar daha ləng üzə çıxır və irəliləmə də yavaş olur
- Qusma, əsasən, irəli mərhələlərdə baş verir
Diaqnostika
Fiziki müayinə:
- İnspeksiya: şişkin və gərgin qarın
- Auskultasiya:
- Mexaniki ileus: yüksək səsli, zil bağırsaq səsləri
- Paralitik ileus: "tam sükunət"
- Mexaniki ileus: yüksək səsli, zil bağırsaq səsləri
- Palpasiya: kəskin qarın əlamətləri? ələ gələn şiş kütləsi? yırtıq? meteorizm?
Laborator müayinə:
- Elektrolitlər: natrium, kalium, kalsium
- İltihab parametrləri: leykosit sayı, CRP
Radioloji müayinə:
- Qarın boşluğunun rentgeni: həddindən artıq şişkinlik, genişlənmiş bağırsaq ilgəkləri, güzgü effekti
- Kontrastlı rentgenoskopiya: kontrast maddə oral yolla qəbul edildikdən sonra rentgen müayinəsi ilə keçməzliyin lokalizasiyası və tipi müəyyən edilir
- Qarın boşluğunun ultrasəs müayinəsi: qalınlaşmış bağırsaq divarı, qarında sərbəst maye?, yırtıq?
- Qarın boşluğunun KT müayinəsi: mexaniki bağırsaq keçməzliyinin diaqnostikasında qızıl standart
Müalicə
Ümumi yanaşma:
- Su və elektrolit itkisini bərpa etmək üçün: kristalloid elektrolit məhlulu ilə infuziya
- Elektrolit pozğunluqlarının müalicəsi: məsələn: hipokaliemiya və hiperkalsemiya düzəldilməlidir
- Ağrıkəsici: opioid olmayan ağrıkəsicilərə üstünlük verilməlidir (əks halda keçməzlik daha da pisləşə bilər)
- Qida qəbulu qadağan olunmalıdır
- Antibiotik müalicəsi: sepsis və ya infeksiya əlamətləri olarsa
- Metoklopramid və neostiqminlə kombinə terapiya
Paralitik ileusun konservativ müalicəsi:
Prokinetiklər: Paralitik ileusda müalicə cəhdi olaraq tətbiq edilə bilər, mexaniki ileusda isə əks göstərişdir.
Mexaniki bağırsaq keçməzliyinin müalicəsi:
- Cərrahi müalicə:
- Tam obstruksiya, damar boğulması və ya işemiya olan hallarda 6 saat ərzində əməliyyat yerinə yetirilməlidir
- Konservativ müalicə:
- Əməliyyata tam göstərişin olmaması və klinik olaraq stabil xəstələrdə mümkündür
- Kifayət qədər maye verilməli: kristalloid infuziya məhlulu
- Daimi klinik nəzarət: hər 2–4 saatdan bir klinik müayinə olunmalıdır