Mədə xərçəngi
Giriş
Mədə xərçəngi ilkin mərhələlərdə simptomsuz inkişaf edən xərçəng növlərindən biridir. Müəyyən risk faktorları məlum olsa da, tam etiologiya aydın deyil. Diaqnoz biopsiya vasitəsilə qoyulur. Müalicə isə, əsasən, cərrahi rezeksiya (qismən və ya tam qastrektomiya) yolu ilə aparılır.
Etiologiya
Risk faktorları:
- Ekzogen:
- Nitratla zəngin qidalar
- Alkoqol və nikotin istifadəsi
- Aşağı rifah səviyyəsi
- Endogen: A və ya B tip (H. pylori) qastrit
- Mədə xorası
- Adenomatoz poliplər
- Genetik faktorlar (CDH1, HNPCC mutasiyası)
- Artıq çəki
- Qastroezofaqeal refluks
Klassifikasiya
TNM klassifikasiyası

Simptomlar
- Ümumi simptomlar:
- Çəki itkisi
- Dəmir çatışmazlığı anemiyası
- Ətli qidalardan çəkinmə
- Qastrointestinal simptomlar:
- Dispepsiya
- Aclıq zamanı mədədə ağrı
- Qastrointestinal qanaxma (nəcis rənginin tündləşməsi)
- Digər simptomar:
- Virxov limfa düyünlərinin böyüməsi
- Hepatomeqaliya
- Assit
Diaqnostika
- Qastroskopiya:
- Əsas diaqnostik metod sayılır. Biopsiya vasitəsilə diaqnoz qoyulur.
- Kompüter tomoqrafiya və endosonoqrafiya:
- Şişin hansı dərəcədə yayılması müəyyən edilir (staging)
- Laborator müayinə:
- Tumor markerlər xəstəliyin ilkin diaqnozu zamanı istifadə olunmasa da, xəstəliyin gedişatını izləmək üçün əsas vasitələrdən biridir. Mədə xərçəngi zamanı istifadə olunan tumor markerlərə aiddir: CA-19-9, CEA, CA-72-4
Müalicə
Cərrahi müalicə:
- Endoskopik rezeksiya: yalnız T1a mərhələsində
- Cərrahi rezeksiya: T1b mərhələsindən etibarən
- Limfadenektomiya ilə birlikdə radikal qastrektomiya
- Mədənin aşağı 1/3-in xərçəngi zamanı subtotal qastroektomiya da kifayət edə bilər
Kimyəvi terapiya:
- Standart olaraq FLOT sxemi əsasında aparılır:
- 5-fluorurasil + fol turşusu (leykovorin) + oksaliplatin + dokataksel
Proqnoz
- Erkən mərhələlərdə (T1a): 5 illik sağqalma müddəti – 90-95%
- İrəliləmiş mərhələlərdə (III və IV): 5 illik sağqalma müddəti – <30%