Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Birincili mielofibroz

Giriş    
Birincili mielofibroz (PMF) mieloproliferativ neoplaziyalardan biri olub hematopoezin pozulması ilə xarakterizə olunur. Xəstəliyin irəliləmiş mərhələlərində sümük iliyi fibrozu və pansitopeniyaya rast gəlinir.  

 

Simptomlar   

Qeyri-spesifik simptomlar:   

  • B-simptomları (qızdırma, gecə tərləmələri, çəki itirilməsi), yorğunluq  

Prefibrotik (hiperproliferativ) faza:  

  • Trombositoz və leykositoz  
  • Ekstramedulyar hematopoez → hepatosplenomeqaliya  
  • Tromboemboliya  
  • Qanaxmalar  

Fibrotik faza:  

  • Sümük iliyi fibrozu  
  • Pansitopeniya  
Birincili mielofibroz ilk mərhələlərdə trombositoz və leykositoz ilə müşahidə olunsa da, getdikcə proqressivləşən sümük iliyi fibrozu irəiləmiş mərhələlərdə pansitopeniyaya səbəb olur. 

 

Diaqnostika  

Diaqnostik meyarlar:  

  • Əsas meyarlar:  
    • Sümük iliyi histologiyası: yetkinləşməmiş meqakariositlər  
    • Digər oxşar xəstəliklərin ( xronik mielositar leykoz , polisitemia vera, birincili trombositoz, mielodisplastik sindrom) diaqnostik kriteriyaları qarşılanmamalıdır  
    • JAK2, MPL və ya CALR mutasiyasının aşkarlanması  
  • Əlavə meyarlar:  
    • Qanda leykosit (metamielositlər, mielositlər, promielositlər və mielobastlar) və eritrosit (normoblastlar, eritroblastlar, proeritroblastlar) sələflərinin müşahidə olunması  
    • LDH miqdarının artması  
    • Anemiya  
    • Splenomeqaliya  
    • Leykosit sayının >11.000/μL olması  

Diaqnozun qoyulması üçün bütün əsas meyarlar və ən azı bir əlavə meyar qarşılanmalıdır.   

 

Müalicə  

  • “Müşahidə et və gözlə”  ("watch and wait")  
  • Ruxolitinib (JAK1/2 inhibitoru)  
  • Allogen sümük iliyi transplantasiyası (yeganə kurativ müalicə üsulu)