Anemiya
Giriş
Anemiya – qanda hemoqlobin miqdarının azalması ilə xarakterizə olunur. Etiologiya çoxşaxəli olsa da, ən çox rast gəlinən səbəblər dəmir çatışmazlığı anemiyası və xroniki xəstəlik anemiyasıdır. Xroniki anemiyanın spesifik simptomları yoxdur, əsas simptomlara tezyorulma, dərinin solğunlaşması kimi qeyri-spesifik əlamətlər aiddir. Diaqnostikanın əsasını laborator müayinələr təşkil edir. Müalicə altda yatan xəstəliyin müalicəsindən və ya hematopoez üçün vacib çatışmayan komponentin əvəzlənməsindən ibarətdir.
Ümumdünya Səhiyyə Təşkilatınnın tərifinə görə anemiya qadınlarda qanda hemoqlobinin 12 q/dl, kişilərdə isə 13 q/dl-dən az olması ilə səciyyələnir.
Etiologiya
Hematopoezin pozulması
Hemoqlobin sintezinin pozulması:
- Dəmir çatışmazlığı anemiyası
- Xroniki xəstəlik anemiyası
DNT sintezinin pozulması:
- Meqaloblastik anemiya:
- Fol turşusu defisitli anemiya
- B12 defisitli anemiya
Eritropoetin sintezinin azalması:
- Renal anemiya ( xroniki böyrək çatışmazlığı zamanı)
Hemolizin artması
Qan itirilməsi nəticəsində
- Xroniki qanitirmə anemiyası (məsələn: menstruasiya)
Simptomlar
Qeyri-spesifik simptomlar:
- Tezyorulma
- Konsentrasiyanın pozulması
- Başgicəllənmə, baş ağrısı
- Dəri rənginin solğunlaşması
- Bəzi hallarda kompensator taxikardiya
Diaqnostika
Anamnez
- Qidalanma vərdişləri (vegan/vegetarian qidalanma?)
- Menstruasiya və ya digər qanaxmalar
- Digər məlum olan xəstəliklər (xroniki xəstəlik anemiyası?)
Laborator müayinə
Hemoqlobin ↓:
- MCH, MCV ↓ → hipoxrom mikrositar anemiya
- MCH, MCV normal → normoxrom normositar anemiya
- MCH, MCV ↑ → hiperxrom makrositar anemiya
Hipoxrom mikrositar anemiya zamanı əlavə diaqnostika
Mümkün səbəblər:
- Dəmir çatışmazlığı anemiyası
- Xroniki xəstəlik anemiyası
- Talassemiya

Normoxrom normositar anemiya zamanı əlavə diaqnostika
Ən çox rast gəlinən səbəblər:
- Hemolitik anemiyalar
- Qanaxma nəticəsində anemiya
- Renal anemiya
- Sümük iliyi patologiyaları fonunda anemiya (məsələn: mielodisplastik sindrom, aplastik anemiya)
- Kimyaterapiya nəticəsində anemiya

Retikulosit proliferasiya indeksi (RPİ) sümük iliyinin anemiyaya kompensator cavabını göstərən əmsaldır. Aşağıdakı formada hesablanır:
İndeksin 2-dən yüksək olması kompensator cavabın yetərli, 2-dən aşağı olması isə yetərsiz olduğunu göstərir. |
Hiperxrom makrositar anemiya zamanı əlavə diaqnostika
Ən çox rast gəlinən səbəblər:
- B12 defisitli anemiya
- Fol turşusu defisitli anemiya
- Mielodisplastik sindrom
- Xroniki alkoqolizm

Müalicə
Müalicə çoxşaxəlidir və, əsasən, altda yatan xəstəliyin müalicəsindən ibarətdir:
- Əvəzolunma terapiyası – dəmir, fol turşusu və B12 defisiti zamanı müvafiq komponentlərin, eləcə də renal anemiya zamanı eritropoetinin substitusiyası
- Sümük iliyi patologiyaları zamanı müvafiq müalicə (məsələn: sümük iliyi transplantasiyası)
- Kəskin qanitirmə zamanı eritrositar kütlə transfuziyası və mümkünsə, qanitirmənin dayandırılması