Dəmir defisitli anemiya
Giriş
Dəmir defisitli anemiya – dəmirin çatışmazlığı nəticəsində yaranan mikrositar anemiya formasıdır.
Epidemiologiya
- Ən çox rast gəlinən anemiya növüdür
- Xəstələrin təxminən 80%-i qadınlar təşkil edir
- Menstruasiya, hamiləlik və laktasiya səbəbilə
Etiologiya
Əsas səbəb - xroniki qan itkisi:
- Qadınlarda menstruasiya qanaxmaları
- Mədə-bağırsaq traktı: xora, hemorroid
Digər mümkün səbəblər:
- Qidada dəmirin az olması
- Məsələn: bəzi vegetarian pəhrizlər
- Dəmirin bağırsaqlardan zəif sorulması
- Məsələn: qluten enteropatiyası , Kron xəstəliyi
- Dəmir tələbatının artması:
- Məsələn: hamiləlik, laktasiya, yeniyetmələrdə fiziki inkişaf dövrü
Simptomlar
Ən çox rast gəlinən simptomlar:
- Dərinin və selikli qişaların solğunluğu
- Fiziki zəiflik və tez yorulma
- Taxikardiya
- Quru dəri və qaşınma
- Dırnaqlarda çatlar, kövrəklik
- Saç tökülməsi
- Ağızda yaralar, dodaq künclərində çatlar
- Baş ağrısı
- Restless-legs sindromu
- Pika sindromu
| Pika sindromu qida olmayan maddələrə qarşı iştahı xarakterizə edir. “Pika” latınca “qarğa” deməkdir (qarğaların bir çox şeyi yeməsinə görə). |
Diaqnostika
Laborator müayinə:
- Mikrositar, hipoxrom anemiya:
- Hemoqlobin ↓, MCV ↓, MCH ↓
- Dəmir profili:
- Plazmada dəmir miqdarı ↓
- Ferritin ↓
- Transferrin ↑
- Transferrin saturasiyası ↓

Müalicə
Varsa, səbəbin aradan qaldırılması
- Məsələn: qanaxmanın dayandırılması, pəhrizin dəyişdirilməsi
Simptomatik müalicə:
- Dəmirin oral və ya parenteral əvəzlənməsi