Hodgkin limfoması
Giri ş
Hodgkin limfoması B-hüceyrə limfoması olaraq təsnif edilir və əsasən, cavan şəxslərdə rast gəlinir. Xəstəliyin əsas xarakterik xüsusiyyəti ağrısız servikal limfadenopatiyadır.
Etiologiya
Hodgkin limfomasının dəqiq səbəbləri aydın olmasa da, bəzi tətikləyici amillər məlumdur:
- Epşteyn-Bar virusu
- İmmun çatışmazlıq (məsələn: QİÇS)
- Genetik meyllilik
- Ətraf mühit faktorları
- Siqaret
Simptomlar
B simptomları:
Xarakterik simptom triadası:
- Qızdırma
- Gecə tərləmələri
- Çəki itirilməsi:
- Son 6 ay ərzində bədən çəkisinin >10%-nin itirilməsi
Limfadenopatiya:
- 4 həftədən artıq davam edir
- Limfa düyünlərinin ölçüsü artır və birləşərək konqlomeratlar əmələ gətirir
- Ətraf toxumalara infiltrasiya
- Palpasiya zamanı:
- Konsistensiyası bərk, ağrısız
- Ölçüsü >1,0 sm (qasıq nahiyəsində >1,5 sm)
- Ən çox boyun və mediaastinal limfa düyünləri prosesə məruz qalır
Digər mümkün simptomlar:
- Hodgkin limfoması üçün xarakterik, lakin nadir rast gəlinən simptomlar:
- Pel-Ebşteyn qızdırması (qızdırmanın dövri olaraq artıb-azalması)
- Alkoqol qəbulundan sonra böyümüş limfa düyünlərində ağrı hissi
- Dəridə qaşıntı
- Splenomeqaliya
- Hematoloji dəyişikliklər (sümük iliyi tutulduqda):
- Anemiya, trombositopeniya, leykopeniya
- Ümumi halsızlıq
Limfadenopatiyanın differensial diaqnostikası İnfeksion səbəblər:
Mümkün mikroorqanizmlər:
Qeyri-infeksion səbəblər:
Ən çox rast gəlinən səbəblər:
|
Mərhələlər
Hodgkin limfomasının mərhələləri Ann-Arbor təsnifatı əsasında müəyyən edilir.

Diaqnostika
Histoloji müayinə:
- Xəstəliyin təsdiqi üçün limfa düyününün cərrahi yolla tam çıxarılması tələb olunur. İynə biopsiyası (incə iynə aspirasiyası) kifayət etmir.
Anamnez:
- B simptomlarının olub-olmaması
Fiziki müayinə:
- Limfa düyünlərinin palpasiyası: böyümüş ağrısız limfa düyünləri
- Qaraciyər və dalağın palpasiyası: hepatosplenomeqaliya?
Laborator müayinə:
- Limfositopeniya və eozinofiliya
- EÇS ↑, LDH ↑
Radioloji müayinə:
- PET-KT:
- Xəstəliyin mərhələsini təyin etmək, eləcə də müalicənin planlaşdırılması üçün zəruridir
- Kontrastlı KT (boyun, döş qəfəsi və qarın):
- Adətən, mediastinumda yerləşən homogen limfa düyünü konqlomeratları müşahidə edilir.
Müalicə
Hodgkin limfomasının standart müalicəsi xemoterapiya və lokal radioterapiyadan ibarətdir:
Xemoterapiya:
- Xəstəliyin bütün mərhələlərində əsas müalicə üsuludur. Aşağıdakı protokollar istifadə olunur:
- ABVD sxemi (erkən mərhələlərdə və aşağı riskli xəstələrdə):
- Adriamisin, Bleomisin, Vinblastin, Dakarbazin
- BEACOPP sxemi (irəliləmiş mərhələlərdə və yüksək riskli xəstələrdə):
- Bleomisin, Etopozid, Adriamisin, Cyclophosphamide (Siklofosfamid), Oncovin® (Vinkristin), Prokarbazin, Prednizolon
- ABVD sxemi (erkən mərhələlərdə və aşağı riskli xəstələrdə):
Lokal radioterapiya:
- Xemoterapiyadan sonra şişin məhdud olduğu yerlərdə tətbiq olunur.
- Şiş toxumasının məhvinə və residiv riskinin azalmasına kömək edir.