Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Xronik böyrək çatışmazlığı

Giriş  

Xronik böyrək çatışmazlığı böyrəyin funksiyalarının kifayət qədər yerinə yetirə bilməməsinini xarakterizə edir. Bu çatışmazlıq özünü ilk növbədə maye, elektrolit və turşu-qələvi balansının pozulması ilə göstərir. Digər tərəfdən eritropoetin və D3 vitaminin sintezində əsas rol oynayan böyrəklər düzgün çalışmadıqda bu, müvafiq olaraq anemiya və osteopatiyaya səbəb olur.  

Böyrək çatışmazlığının ən geniş yayılmış səbəbi şəkərli diabet dir. Müalicə altda yatan xəstəliyin terapiyası və böyrək çatışmazlığının yaratdığı fəsadların aradan qaldırılmasından ibarətdir.  

 

Etiologiya  

Ən çox rast gəlinən etioloji faktorlar:  

 

Simptomlar   

Bədəndən mayenin uzaqlaşdırılması ↓ → bədəndə mayenin toplanması ↑:  

Toksik maddələrin sidiklə uzaqlaşdırılması ↓ (uremiya ↑) :  

  • Qaşınma  
  • Uremik nəfəs qoxusu  
  • Café-au-lait ləkələri (çirkli dəri görünüşü)  
  • Bəzi hallarda uremik perikardit  

Elektrolit disbalansı:  

  • K, P ↑  
  • Ca ↓  

Endokrin pozğunluqları:  

  • Renal anemiya – eritrosit sintezini təmin edən eritropoetin böyrəklərdə sintez olunur.  
  • Renal osteopatiya – böyrəklərdə azalmış D vitamini sintezi, eləcə də azalmış kalsium və artmış fosfat paratiroid vəzindən PTH hormonun sekresiyasını stimulyasiya edir, yəni ikincili hiperparatiroidizm ə səbəb olur. PTH hormonu isə “kalsiumu sümüklərdən qana çıxardığına görə” osteopatiyaya yol açır.   

Mərhələlər  

Böyrək çatışmazlığı, adətən, GFR əmsalına əsasən mərhələləndirilir. GFR (glomerular filtration rate) – böyrəklərin bir dəqiqədə filtrasiya etdiyi plazmanın həcmidir, vahidi mL/min/1,73 m2 -dir. GFR əmsalı qanda kreatinin miqdarına əsasən çox qarışıq formula ilə təyin olunur, laborator müayinədə bu avtomatik hesablandığından bu formula praktikada gərəkli deyil. Sadəcə maraq üçün:  

Qadınlarda: GFR = 141 × (Kreatininqan/79.6)-0.329 × (0.993)yaş  

Kişilərdə: GFR = 141 × (Kreatininqan/79.6)-1.209 × (0.993)yaş  

screenshot-896.png

 

Digər mərhələləndirmə aləti 24 sutkalıq toplam sidikdə albuminin miqdarıdır.  

screenshot-897.png

 

Ümumi mərhələləndirmə bu şəkildədir: məsələn, GFR 40 mL/min/1,73 mvə 24 saatlıq sidikdə 50 mq albumin varsa, bu G3A2 mərhələsinə uyğun gəlir.   

Albumin-kreatinin əmsalı  

Bütün bunlardan əlavə bəzən albumin-kreatinin əmsalından (albumin-creatinine quotient) da bəhs olunur. Bu əmsal sidikdə albuminin miqdarının kreatinin miqdarına nisbətini göstərir, vahidi mq/q-dır. Yəni, sidikdə albumin miqdarı 60 mq, kreatinin miqdarı isə 3 q olduğu halda, albumin-kreatinin əmsalı 20 mq/q təşkil edir.   

Albumin-kreatinin əmsalı albuminuriyanın miqdarı ilə təsadüfən tam üst-üstə düşür. Yəni 20 mq/q albumin-kreatinin əmsalına malik xəstənin 24 saatlıq sidiyində təqribən 20 mq albumin olacaq. Bu səbəbdən albuminuriyaya əsasən aparılmış mərhələləndirməni eyni qaydada albumin-kreatinin əmsalına əsasən də aparmaq olar.  

 

Diaqnotika   

Laborator müayinə:  

Qanda:  

  • Kreatinin, urea ↑  
  • K ↑,  P ↑,  Ca ↓  
  • Normoxrom normositar anemiya  (Hb ↓, MCH və MCV normal )
  • PTH ↑,  D3 vitamini ↓  

Sidikdə:  

  • Albumin, ümumi zülal miqdarı↑  

Ultrasəs müayinəsi:  

Xronik kəskin böyrək çatışmazlığı nın differensial diaqnostikası üçün yararlı ola bilər:   

 

Müalicə  

Ümumi müalicə prinsipləri:  

  • Elektrolit və turşu-qələvi disbalansının tənzimlənməsi:  
    • Kalium və fosfotla zəngin olan qidalardan qaçınmaq  
    • Asidoz varsa, bikarbonat  
  • Qan təzyiqi <130/80 mmHg saxlanmalı, antihipertensiv terapiyaya AÇE inhibitorları daxil edilməli  

Renal anemiya:  

  • Eritropoetin substitusiyası  

İkincili hiperparatiroidizm:  

  • Fosfat qəbulunu azaltmaq və ya əlavə olaraq fosfat-bağlayıcı preparatlar (kalsium karbonat, kalsium asetat)  
  • Sinakalset (PTH sekresiyasını inhibə edir)  
  • D vitamininin əvəzlənməsi  

Son mərhələ böyrək çatışmazlığı (GFR < 15 mL/min/1,73 m2):