Hipokalsemiya
Giriş
Təsir edən çoxsaylı amilləri nəzərə aldıqda kalsium mübadiləsi mürəkkəb bir prosesdir. Kalsiumun bağırsaq vasitəsilə mənimsənilməsi, böyrəklərdən ifrazı, həmçinin sümükdə toplanması və ya parçalanması hormonlarla (xüsusən, parathormon la) tənzimlənir. Bu proseslər, eyni zamanda, D vitamini, kalsitonin və fosfat mübadiləsindən də asılıdır.
Hipokalsemiya = ümumi kalsium miqdarı <2,2 mmol/l və ya ionlaşmış kalsium miqdarı <1,15 mmol/l
Etiologiya
Həqiqi hipokalsemiya ionlaşmış kalsium miqdarının azalması ilə xarakterizə olunur.
- Endokrin və metabolik səbəblər:
- Hipoparatiroidizm
- D vitamini çatışmazlığı:
- Məsələn: xroniki böyrək çatışmazlığı zamanı, günəş işığına az məruz qaldıqda, alkoqolizm, malabsorbsiya)
- Dərman preparatları:
- İlgək diuretikləri
- Qlükokortikoidlər
- Aminoqlikozidlər
- Bifosfonatlar
- Digər səbəblər:
- Nekrotik pankreatit
- Hiperventilyasiya
- Rabdomioliz
- Hiperfosfatemiya (məsələn: tumor lizis sindromu, həddindən artıq fosfat qəbulu)
Psevdohipokalsemiya ümumi kalsiumun miqdarı az olsa da ionlaşmış kalsium normaldır:
- Hipoalbuminemiya (məsələn: sirroz zamanı)
Simptomlar
Əsas simptom:
- Tetaniya:
- Əsasən, respirator alkaloz nəticəsində yaranır (hiperventilasiya tetaniyası)
Kardial simptomlar:
- Aritmiya (QT intervalının uzanmasına görə)
Nevroloji simptomlar:
Qastrointestinal simptomlar:
- İshal
Diaqnostika
Laborator müayinə:
- Plazmada ümumi kalsium miqdarı <2,2 mmol/l və ya
- İonlaşmış kalsium miqdarı <1,15 mmol/l
Differensial diaqnostika:
- PTH ↓, fosfat ↑ → hipoparatiroidizm
- PTH ↑, fosfat ↓ → vitamin D çatışmazlığı
- PTH ↑, fosfat normal → rabdomioliz, renal tubulyar asidoz
| Hipokalsemiya QT intervalının uzanmasına, hiperkalsemiya isə QT intervalının qısalmasına səbəb olur. |
Müalicə
Müalicə kalsiumun əvəz olunmasından (oral və ya damardaxili) ibarətdir.
| Hipokalsemiyaya səbəb ola biləcək dərman preparatları nəzərdən keçirilməlidir. Məsələn, ilgək diuretikləri qəbul edən xəstədə hipokalsemiya müşahidə olunursa, bu, tiazid diuretikləri ilə əvəzlənə bilər. |