Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Sirroz

Giriş  

Sirroz – qaraciyər toxumasının geridönməz şəkildə destruksiyaya uğramasını ifadə edir.  

 

Etiologiya       

Əsas etioloji faktorlar:  

  • Alkoqol   
  • Virus hepatitləri (B, C və D)  

Digər daha nadir rast gəlinən səbəblər:  

  • Hemoxromatoz , Vilson xəstəliyi  
  • Mukovissidoz , α1-antitripsin çatışmazlığı  
  • Dərman intoksikasiyası  
  • Birincili sklerozlaşdırıcı xolangit  
  • Budd-Chiari sindromu (qaraciyər venasının trombozu)  

 

Simptomlar  

Əsas klinik simptomlar:  

  • Sarılıq   
  • Ödem (albumin çatışmazlığı səbəbindən)   
  • Splenomeqaliya → trombositopeniya → qanaxmaya meyllilik  
  • Portal hipertenziya → assit, qida borusu varisləri, caput medusae  
  • Hepatik ensefalopatiya  
  • Spider navei, palmar eritema  
  • Ginekomastiya, libido ↓, amenoreya  
  • Qaşınma   
ms-4.png

 

ms-7.png

 

ms-8.png

 

ms-5-1.png

Diaqnostika   

Laborator müayinə:  

  • QQT, ALT və AST ↑  
  • Ammoniak ↑  
  • İNR ↑  
  • Trombosit sayı ↓  
  • Albumin ↓  

Qarın boşluğunun ultrasəs müayinəsi  

  • Qaraciyərin səthi nahamar  
  • Düyünlü görünüş  
  • Assit, splenomeqaliya  

Qaraciyər biopsiyası  

 

Mərhələlər  

Sirrozun mərhələsini təyin etmək üçün Child-Pugh klassifikasiyasından istifadə olunur.  

screenshot-907.png

Yuxarıda toplanan əmsallara əsasən sirrozun mərhələsi təyin edilir.  

screenshot-908.png

 

Müalicə   

Əsas terapiya etioloji faktorun (xəstəliyin) müalicəsindən ibarətdir.  

Digər metodlar uğursuz olarsa, son olaraq qaraciyər transplantasiyası mümkündür.