Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Parathormon (PTH)

Funksiyalar  

Paratiroid (qalxanabənzər ətraf) vəzilərinin əsas hüceyrələrində sintez olunan parathormon (PTH) – qanda kalsiumunun miqdarını artırır və fosfat səviyyəsini azaldır. Bu proses aşağıdakı yollarla baş verir:  

  • Sümükdən kalsiumun sərbəst buraxılması:  
    • Osteoklastların aktivləşdirilməsi ilə  
  • Böyrəklərdə kalsiumun reabsorbsiyası:  
    • Kalsium itkisinin qarşısını alır  
  • Fosfatın tənzimlənməsi:  
    • Sümüklərdən fosfat sərbəst buraxılır, lakin böyrəklərdən artan ifraz nəticəsində qanda ümumi fosfat səviyyəsi azalır  

 

Tənzimlənmə  

  • Qanda yüksək kalsium miqdarı → PTH ifrazını inhibisiya edir  
  • Qanda aşağı kalsium miqdarı → PTH ifrazını stimulyasiya edir  

 

Təsir mexanizmləri  

Sümükdə:   

  • Osteoklastları aktivləşdirir  

Böyrəklərdə:  

  • Kalsiumun reabsorbsiyasını artırır.  
  • Fosfatın ifrazını artırır.  

Bağırsaqlarda:   

  • Dolayı yolla təsir göstərir: kalsitriol (D vitamininin aktiv forması) sintezini artıraraq kalsiumun bağırsaqlardan sorulmasını sürətləndirir 

 

Patofiziologiya