Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hiperparatiroidizm

Giriş   

Hiperparatiroidizm parathormonun (PTH) yüksəlməsi ilə xarakterizə xəstəliklər qrupuna verilən addır. PTH qalxanabənzərətraf vəzdən qana ifraz olunur və plazmada kalsium miqdarının artmasına səbəb olur. Hiperparatiroidizm diaqnozu laborator nəticələrə əsasən qoyulur, differensial diaqnostika üçün isə əlavə müayinələr köməyə gəlir.  

 

Təsnifat  

  • Birincili hiperparatiroidizm – qalxanabənzərətraf vəzlərin hiperfunksiyası hiperkalsemiyaya səbəb olur  
  • İkincili hiperparatiroidizm – hipokalsemiya və hiperfosfatemiya reaktiv olaraq PTH   miqdarının yüksəlməsinə səbəb olur  

 

Etiologiya   

Birincili hiperparatiroidizm:  

  • Qalxanabənzərətraf vəzin adenoması və ya hiperplaziyası  

İkincili hiperparatiroidizm:  

 

Patofiziologiya  

Fiziologiya

PTH ifrazını stimulə edir:   

  • Hipokalsemiya  
  • Hiperfosfatemiya  

Parathormon un təsirləri:  

  • Qanda kalsiumun artmasına səbəb olur:  
    • Sümüklərdən qana kalsiumun çıxmasını təmin edir   
    • Böyrəklərdən kalsiumun reabsorbsiyasını stimullaşdırır   
    • Böyrəklərdə D vitamini sintezinə kömək edir. D vitamini isə kalsiumun bağırsaqlardan sorulmasını asanlaşdırır. 
  • Qanda fosfatın azalmasına səbəb olur:  
    • Böyrəklərdən fosfatın uzaqlaşdırılmasına səbəb olur  

 

Patofiziologiya   

Birincili hiperparatiroidizm:  

  • Adenom və ya hiperplaziya → PTH↑ → kalsium ↑ və fosfat ↓  

İkincili hiperparatiroidizm:  

  • Kalsium ↓ və ya fosfat ↑  →  PTH↑ →  osteklastik aktivlik ↑  → sümük sıxlığının azalması  

 

Simptomlar  

Adətən, asimptomatik  

PTH artmasının nəticələri:  

  • Sümük sıxlığının azalması, sümük və oynaq ağrıları, sümük qırılmalarına meyllilik  

Hiperkalsemiyanın nəticələri:  

  • Böyrək daşı  
  • Əzələ zəifliyi, yorğunluq  
  • Depressiya  

 

Diaqnostika  

Diaqnoz laborator müayinənin nəticələrinə əsasən qoyulur.  

Birincili hiperparatiroidizm:  

  • PTH↑, kalsium ↑, fosfat ↓  

İkincili hiperparatiroidizm:  

  • Kalsium ↓, fosfat ↑, PTH↑   

 

Birincili hiperparatiroidizm zamanı qalxanabənzərətraf vəzində adenom aşkarlamaq/çıxdaş etmək üçün: 

  • Qalxanabənzərətraf vəzilərin ultrasəs müayinəsi  

İkincili hiperparatiroidizm zamanı ən çox rast gəlinən səbəblər araşdırılmalıdır:  

  • Böyrək parametrləri (kreatinin, sidik cövhəri)  
  • Böyrəyin ultrasəs müayinəsi  

 

Müalicə  

Birincili hiperparatiroidizm:  

  • Qalxanabənzərətraf vəzilərin total və ya adenom olan hissəsinin rezeksiyası  
  • Rezeksiya mümkün olmadıqda: 
    • Tiazid diuretikləri, bifosfonatlar, yetərli maye qəbulu 

İkincili hiperparatiroidizm: