Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Böyrək xərçəngi

Giriş  

Böyrək xərçəngi (renal cell carcinoma) nefronun borucuq hüceyrələrindən inkişaf edən bədxassəli şişdir. Böyrək şişlərinin təxminən 90%-i təşkil edir.  

 

Simptomlar   

  • Asimptomatik (erkən mərhələlərdə)  
  • Hematuriya  
  • Böyrək ağrıları  
  • Çəki itkisi  
  • Anemiya simptomları (eritropoetinin ifrazı pozulduğuna görə)  
Erkən mərhələlərdə asimptomatik gedişat göstərdiyindən böyrək xərçəngi, adətən, təsadüfi ultrasəs müayinəsi zamanı aşkarlanır.

 

Diaqnostika  

Radioloji müayinə:  

  • Ultrasəs müayinəsi, KT və ya MRT   

Differensial diaqnozlar:  

  • Xoşxassəli şişlər (məs: adenoma)  
  • Böyrək kistaları  
  • Hidronefroz  

 

Müalicə  

Lokal erkən mərhələlərdə:  

  • Cərrahi müdaxilə ən effektiv üsuldur:  
    • Radikal və ya parsial nefrektomiya  

Lokal gecikmiş mərhələlərdə:  

  • Dərman terapiyası ilə birgə cərrahi müalicə  

Metastatik mərhələdə:  

  • Dərman terapiyası:  
    • İmmun checkpoint inhibitorları: pembrolizumab, nivolumab  
    • Tirozin kinaza inhibitorları: aksitinib, lenvatinib  
  • Şişin rezeksiyası, metastazların şüa terapiyası