Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Böyrək transplantasiyası

Giriş  

Böyrək transplantasiyası – donorun böyrəyinin orqan qəbul edən şəxsə köçürülməsi (transplantasiya) prosesidir. Böyrək çatışmazlığı nın son mərhələsində olan xəstələr üçün böyrək transplantasiyası dializlə yanaşı yeganə müalicə seçimidir. Dializ dən əsas fərqləri böyrək transplantasiyası zamanı daha uzunömürlülük, metabolik ağırlaşmaların və sosial məhdudiyyətlərin (həftədə minimum 3 dəfə, hər dəfə 2 saat olmaqla xəstə vaxtını buna xərcləməlidir) az olmasıdır.  

 

Transplantat orqanın mənşəyi  

  • Canlı donor: təxminən 30% hallarda  
  • Postmortem (meyitdən) donor: təxminən 70% hallarda  

Canlı donorun əsas üstünlüyü:  

  • Transplantat böyrək daha uzun müddət funksiyalarını davam etdirə bilir, xəstələr daha uzunömürlü olur  

 

Əsas transplantasiya növləri  

  • Allogen transplantasiya: genetik cəhətdən oxşar olmayan şəxsdən  
  • İzogen transplantasiya: genetik cəhətdən eyni (məsələn: bir yumurta əkizi)  

 

Transplantasiyanın icrası  

Heterotop implantasiya – transplantasiya zamanı donor böyrəyi, adətən, fossa iliaca-ya yerləşdirilir.  

Heterotop implantasiyanın üstünlükləri:  

  • Donor böyrəyi çanaq arteriyaları və venalarına daha rahat bağlanır  
  • Donor sidik axarından sidik kisəsinə daha qısa məsafə qalır  
  • Transplantasiya edilmiş böyrəyin palpasiyası, eləcə də ultrasəs müayinəsi və lazım olduqda böyrək biopsiyası daha asan mümkün olur.  

 

Əsas şərtlər  

  • Qan qrupunun uyğunluğu: mütləq deyil  
  • HLA uyğunluğu  
  • PRA (panel reaktiv anticisimləri)  
  • Crossmatch testi  

 

Əks-göstərişlər  

  • Müalicəsi mümkün olmayan şiş xəstəlikləri  
  • Aktiv və ya xroniki infeksiyalar  
  • Müalicə oluna bilməyən ürək xəstəlikləri  
  • Degenerativ sinir sistemi xəstəlikləri  

 

Transplantat orqanın funksional göstəricilərinə təsir edən əsas amillər  

  • Donor və qəbul edən arasında immunoloji uyğunluğun səviyyəsi (HLA antigenləri)  
  • Donorun əvvəlki xəstəliklərinin transplantata təsiri  

 

Böyrək transplantasiyasından sonra immunsupressiv müalicə  

Transplantatın rəddini önləmək üçün immunsupressiv terapiya tətbiq olunur:  

  • Kalsineyrin inhibitorları (siklosporin, takrolimus)  
  • Qlükokortikoidlər (prednizolon)  
  • Azatioprin  
  • Mikofenolat mofetil  

 

Transplantat böyrəyin funksional göstəriciləri  

  • 1 ildən sonra: təxminən 80% qalır  
  • 5 ildən sonra: təxminən 60–70% qalır  
  • 10 ildən sonra: təxminən 50–60% qalır  

Ümumilikdə, transplantat böyrəyin ortalama ömrü 13-15 il təşkil edir.