Hipertiroidizm
Giri ş
Hipertiroidizm – tiroid vəzinin hiperfunksiyası belə adlanır. Ən çox rast gəlinən səbəblərə Bazedov xəstəliyi və funksional tiroid avtonomiyası aiddir. Xəstələrdə, əsasən, çəki itkisi, hiperfagiya və zob (tiroid vəzinin böyüməsi) olmaqla bir çox simptomlara rast gəlinir.
Diaqnostika üçün qanda sərbəst T3, sərbəst T4 və TSH təyin olunmalıdır. Bundan əlavə autoimmun xəstəlik şübhəsi olduqda, həmçinin, “TSH reseptor əleyhinə anticisim“ və “tiroid peroksidaza əleyhinə anticisim” də araşdırılmalıdır.
Müalicə üçün tireostatik preparatlardan istifadə olunur:
- Bazedov xəstəliyi zamanı dərman terapiyası ilə xəstələrin yarısında remissiyaya nail olunur.
- Funksional tiroid avtonomiyası zamanı isə operativ rezeksiya və ya radioyod terapiya əsas müalicə metodlarıdır.
Etiologiya
- Bazedov xəstəliyi – genetik meyllilik, autoimmun patologiya
- Funksional tiroid avtonomiyası – genetik mutasiya
- Yatrogen hipertireoz – tiroid hormonları ilə terapiyadan sonra
Patofiziologiya
Bazedov xəstəliyi – autoimmun proses nəticəsində “TSH reseptor əleyhinə anticisim“ TSH reseptorlarını destruksiya edərək hipertiroidizmə səbəb olur.
Simptomlar
- Zob (hipertiroidizmdə heç də həmişə zoba rast gəlinmir)
- Taxikardiya
- Tremor, hiperrefleksiya
- İstiyə davamsızlıq, hiperhidroz
- Yuxu pozğunluqları
- Diareya və ya tez-tez defekasiya
- Saç tökülməsi
Bazedov xəstəliyi zamanı klassik triada:
- Zob (tiroid vəzinin böyüməsi)
- Taxikardiya
- Ekzoftalm
Diaqnostika
Laborator müayinə:
- Sərbəst T3, sərbəst T4 ↑
- TSH ↓
Bazedov xəstəliyi zamanı əlavə olaraq:
- “TSH reseptor əleyhinə anticisim“ – 95% halda müsbət
- “Tiroid peroksidaza əleyhinə anticisim” – xəstələrin 70%-də müsbət
Doppler ultrasəs müayinəsi
Ultrasəs müayinəsi zamanı rast gəlinən tipik göstəricilər:
- Tiroid vəzin böyüməsi
- Vaskulyarizasiyanın artması
Sintiqrafiya
- Texnesiumun tiroid toxuması tərəfindən adsorbsiya olunması (technetium uptake) >5%
Müalicə
Bazedov xəstəliyi zamanı terapiya:
- İlk olaraq tireostatik terapiya:
- Preparatlar: tiamazol, karbimazol, propiltiurasil
- Xəstələrin yarısında remissiya əldə edilir
- Xəstəlik nəzarət altına alına bilmədikdə:
- Subtotal/total tireoidektomiya və ya radioyodterapiya
Tiroid avtonomiyası zamanı terapiya:
- Radioyodterapiya
- Cərrahi əməliyyat
| Radioyod terapiya və ya cərrahi əməliyyatdan sonra əksər xəstələrdə hipotiroidizm müşahidə olunur. Bu halda xəstələrin hormon substitusiyasına (levotiroksin - bax: hipotiroidizm ) ehtiyacı yaranır. |
Əlavə olaraq qeyri-selektiv beta blokerlər (məsələn: propranolol) hipertiroidizmin simptomatik terapiyasında istifadə olunur.