Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Plevrit

Giriş  

Plevrit – plevranın iltihabi xəstəliyini xarakterizə edir. Əksər hallarda digər xəstəliklərin nəticəsində meydana çıxır.  

 

Etiologiya  

Plevrit, adətən, ağciyər xəstəliklərinin nəticəsində yaranır:  

Lakin bəzi hallarda plevra birbaşa özü zədələnir:  

  • Viral plevrit  
  • Revmatoloji xəstəliklər (məsələn: qırmızı qurdeşənəyi, revmatik artrit)  

 

Təsnifat  

Gedişatına görə:  

  • Quru plevrit  
  • Eksudativ plevrit  

Mənşəyinə görə:  

  • İnfeksion:  
    • Bakterial, viral və ya göbələk mənşəli  
  • Qeyri-infeksion:  
    • Revmatoloji xəstəliklər nəticəsində  
    • Paraneoplastik  
    • Travma və ya cərrahi əməliyyat sonrası  

 

Simptomlar  

  • Əsas simptom: nəfəsalma zamanı güclü ağrılar:  
    • Ağrılar plevra zarlarının bir-birinə sürtünməsi nəticəsində yaranır (quru plevrit)  
    • Plevral maye yığılması zamanı ağrılar azalır və ya tamamilə yox olur  
  • Digər mümkün əlamətlər: qızdırma, ümumi yorğunluq  

 

Ağırlaşmalar  

  • Plevra empieması  
  • Plevranın kalsifikasiyası  

 

Diaqnostika  

Fiziki müayinə:  

  • Auskultasiya zamanı sürtünmə səsləri  

Radioloji müayinə:  

  • Döş qəfəsinin rentgeni (altda yatan ağciyər xəstəliyi və ya maye yığılması aşkarlana bilər)  
    • Ultrasəs müayinəsi (plevral mayenin miqdarı)  

Laborator müayinə:  

  • CRP ↑, leykosit sayı ↑  
    • Seroloji analizlər (viral infeksiyalar, autoimmun anticisimlər – səbəb olan xəstəliyin aşkarlanması üçün)  
    • Plevra punksiyası (sitoloji və bakterioloji müayinə)  
    • Vərəmə şübhə varsa (tuberkulin dəri testi, mikrobioloji analizlər)  

 

Müalicə  

Müalicə altda yatan xəstəliyin müalicəsindən və simptomatik terapiyadan ibarətdir.  

  • Səbəbə yönəlik müalicə:  
    • Bakterial plevrit: antibiotik terapiyası  
    • Qeyri-infeksion plevrit: səbəbə uyğun spesifik müalicə (məsələn: revmatoloji xəstəliklər zamanı immunsupressiv preparatlar)  
  • Simptomatik müalicə:  
    • Ağrıkəsici preparatlar  
    • Plevral mayenin xaric olunması