Aorta qapağının çatışmazlığı
Giriş
Aort qapağının çatışmazlığı zamanı aorta qapağı tam bağlana bilmir və bu səbəblə qan geriyə sol mədəciyə qayıdır. Xronik forma asimptomatik inkişaf edir. Kəskin forma (məs: endokardit nəticəsində) isə özünü qısa zamanda ağciyər ödemi və digər ürək çatışmazlığı əlamətləri ilə göstərir. Diaqnostikanın əsasını exokardioqrafiya təşkil edir. Asimptomatik hallarda müalicəyə gərək yoxdur, lakin müntəzəm nəzarət altında saxlamaq gərəklidir. Simptomatik xəstələrdə isə aort qapağı protezlə əvəz edilir.

Etiologiya
Xronik forma:
Anadangəlmə
Degenerativ – birləşdirici toxuma xəstəlikləri zamanı (məsələn: Marfan sindromu)
Kəskin forma:
Aort disseksiyası
Simptomlar
Xronik forma:
Uzun müddət asimptomatik
Simptomatik gedişata keçdikdə ürək çatışmazlığı simptomları müşahidə olunur:
Angina pectoris
Tez yorulma, təngnəfəslik
Kəskin forma:
Ağciyər ödemi (sol mədəcikdə artan təzyiq retrospektiv olaraq ağciyərlərdə də kapilyar təzyiqinin artmasına və nəticədə ağciyər ödeminə səbəb olur)
Ürək çatışmazlığı əlamətləri
Diaqnostika
Exokardioqrafiya:
Qanın aortaya qovulmasından sonra mədəciklərdə qalan qanın həcmi ↑
Sol mədəciyin ölçüsü ↑
Müalicə
Asimptomatik xəstələr:
Gözləmə strategiyası və ürək çatışmazlığının müalicəsi
Simptomatik xəstələr:
Aorta qapağının protezləşdirilməsi (açıq əməliyyat və ya perkutan müdaxilə vasitəsilə)