Aorta qapağının stenozu
Giriş
Aorta stenozu – yəni aorta qapağının daralması, adətən, iki formada rast gəlinir: anadangəlmə və qazanılmış forma. Patofizioloji olaraq aorta stenozu sol mədəciyin yüklənməsinə və hipertrofiyasına, son nəticədə isə ürək çatışmazlığına gətirib çıxarır. Exokardioqrafiya əsas diaqnostik müayinədir. Müalicənin əsasını isə aorta qapağının əvəzlənməsi təşkil edir.

Etiologiya
Etiologiyasına əsasən aorta stenozunu 3 formada təsnif etmək olar:
Senil forma (ən çox rast gəlinən forma):
Adətən, 60 yaşdan sonra ortaya çıxır
Uzun müddət asimptomatik gedişat göstərir
Anadangəlmə (bikuspid) forma:
Bu xəstələrin aorta qapağı 2 taydan (bikuspid) ibarət olur (normada 3 taydan ibarətdir)
Ortalama 20 yaşlarda ortaya çıxır
Revmatik qızdırma nəticəsində ortaya çıxan forma:
Streptokokkların törətdiyi revmatik qızdırma nəticəsində meydana çıxır
Adətən, 18 yaşdan aşağı xəstələrdə rast gəlinir
Simptomlar
Adətən, asimptomatik
Simptomlar üzə çıxarsa, ürək çatışmazlığı şikayətləri ilə özünü göstərir:
Angina pectoris
Təngnəfəslik
Başgicəllənmmə, sinkop
Diaqnostika
Exokardioqrafiya:
Vurma fraksiyası (ejection fraction) ↓
Sol mədəciyin ölçüsü ↑
Aorta qapağında qanın maksimal sürəti ↓
Aorta qapağının səthi ölçüsü ↓
Müalicə
Müalicə aorta qapağının protezlə dəyişdirilməsindən ibarətdir:
Gənc və yanaşı xəstəlikləri olmayan və ya az olan xəstələrdə
Açıq üsulla qapağın əvəzlənməsi
Daha yaşlı və ya yanaşı xəstəlikləri olan xəstələrdə:
Perkutan yolla stenotik qapağın protezlə əvəz olunması (TAVR - transcatheter aortic valve replacement)
