Tetanus
Giriş
Tetanus – Clostridium tetani tərəfindən törədilir. Bu bakteriyanın sporları demək olar ki, hər yerdə mövcuddur. Yaralanmalar zamanı orqanizmə daxil olan bakteriya tetanus toksini sintez edir. Bu toksin mərkəzi sinir sistemində inhibitor neyrotransmitterlərin təsirinə maneə olur. Nəticədə, inihibitor təsirin itməsi ilə α-motoneyronların həddindən artıq aktivləşməsi baş verir və bu da əzələlərdə spastik tonusun yaranmasına səbəb olur.
Etiologiya
- Törədici: Clostridium tetani
- Əsasən, natəmiz yaralar vasitəsilə orqanizmə keçir
Simptomlar
Ümumi simptomlar:
- Qripəbənzər simptomlar: başağrısı, yorğunluq
Əsas simptomlar:
- Trismus: çənə əzələlərinin sıxılması
- Risus sardonicus: üzdə qeyri-təbii, məcburi gülüş ifadəsi
- Opistotonus: bədənin arxaya doğru qövs şəklində gərilməsi
- Disfaqiya: udmanın çətinləşməsi
- Tənəffüs əzələlərinin iflici
- Larinqospazm: üst tənəffüs yollarının obstruksiyası
Avtonom disfunksiya:
- Simpatik tonusun yüksəlməsi: taxikardiya, hipertenziv kriz
Diaqnostika
Tetanusun diaqnozu anamnez və simptomlara əsasən qoyulur. Laborator üsullar, adətən, nəticə vermədiyindən böyük diaqnostik əhəmiyyət daşımır.
Müalicə
Yaranın təmizlənməsi:
- Tetanus toksininin yayılmasının qarşısını alır
- İkincili infeksiya riskini azaldır
Toksinin neytrallaşdırılması və aktiv immunizasiya:
- İnsan tetanus immunoqlobulini (HTIG)
- Ölü vaksinlə aktiv immunizasiya
Antibiotik müalicəsi:
- Metronidazol
Əzələ spazmlarının müalicəsi:
- Benzodiazepinlər:
- Diazepam və ya lorazepam
- Əzələ relaksantları:
- Depolyarizə etməyən miorelaksantlar (atrakurarium, pankuronium) mexaniki tənəffüs dəstəyi lazım olan xəstələrdə istifadə olunur

Profilaktika
Tetanusdan qorunmağın ən vacib yolu vaksinasiyadır:
- Əsas peyvənd körpəlik dövründə tətbiq edilir
- Təkrarən peyvəndləmə: 18 yaşına qədər iki dəfə, daha sonra hər 10 ildən bir yenilənməlidir
- Yaralanmalar zamanı: peyvənd tarixi qeyri-müəyyən və ya natamam olduqda aktiv immunizasiya (peyvənd) və ya bəzən passiv immunizasiya (tetanus immunoqlobulini) tətbiq olunur
Proqnoz
Hətta intensiv terapiya ilə birlikdə letallıq 25% təşkil edir, müalicə olunmayan xəstələrdə isə bu rəqəm az qala 100%-dir.