Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Atelektaza

Giriş  

Atelektaza ağciyərin hər hansı bir hissəsinin tam olaraq genişlənə bilməməsidir. Ağciyərlərin ventilyasiyası (havalanması) pozulduqda, bu hal ortaya çıxır. Ən çox rast gəlinən səbəblər bronx zədələnməsi və ventilyasiya yolunu bağlayan şişlərdir. Əsas diaqnostik vasitə rentgen müayinəsidir. Müalicə altda yatan xəstəliyə bağlı olaraq dəyişir.  

 

Təsnifat  

Birincili atelektaza:  

  • Yenidoğulmuşlarda surfaktant çatışmazlığı səbəbilə baş verir  

İkincili atelektaza:  

  • Kompression atelektaza:  
  • Rezorbsion atelektaza:  
    • Bronxial şişlər, yad cisim aspirasiyası
  • Kontraksion atelektaza - skar (çapıq) atelektaziyası da adlanır:  
    • Xronik-destruktiv ağciyər patologiyaları (ağciyər fibrozu, vərəm)  
Rezorbsion atelektaza zamanı obstruksiya səbəbilə alveollara gedib çatan hava azalır. Lakin perfuziya normal olduğundan tənəffüslə alveollara daxil olmuş hava sürətlə qana keçir. Alveollarda qalan hava alveolları açıq saxlamaq üçün lazım olan təzyiqi təmin edə bilmir və atelektaza yaranır. Belə demək olarsa, ventilyasiyanın sürəti perfuziyanın sürətinə çata bilmədiyindən atelektaza ortaya çıxır.

 

Simptomlar  

Əsas simptomlara aiddir:  

  • Təngnəfəslik, taxipnea 
  • Döş qəfəsində ağrı
  • Öskürək 

 

Diaqnostika  

Fiziki müayinə:  

  • Auskultasiyada – kütləşmiş səs  

Rentgen müayinəsi:  

  • Ağciyər paylarının sərhədinə uyğun homogen kölgəlik, ağciyərlərdə həcmi azalma  
atelektaza.png

 

Müalicə  

Müalicə əsas səbəbkar xəstəliyin və ya etioloji faktorun aradan qaldırılmasından ibarətdir.  

Məsələn:  

  • Plevral effuziya zamanı – plevra punksiyası  
  • Yad cisim aspirasiyası zamanı – yad cismin xaric olunması