Feoxromasitoma
Giriş
Feoxromasitoma qana həddindən artıq katexolaminlər ifraz edən böyrəküstü vəzi şişidir. Bəd- və xoşxassəli (ən çox rast gəlinən) formalarına rast gəlinir. Tipik simptomlara hipertoniya və taxikardiya aiddir. Diaqnostika üçün plazmada katexolaminlər təyin edilir. Müalicə şişin əməlliyyatla çıxarılması və ya (bu mümkün olmadıqda) α-blokatorlar ilə dərman terapiyasından ibarətdir.
Etiologiya
Şiş əksər hallarda:
Böyrəküstü vəzində yerləşir
Xoşxassəli olur
Simptomlar
Hipertoniya:
Tipik antihipertenziv preparatlara cavab vermir
Bəzi hallarda, hipertenziv krizə yol açır
Başağrısına səbəb olur
Taxikardiya
Diaqnostika
Laborator müayinə
Plazmada katexolaminlər (və onların metabolitləri) ↑
24-saatlıq toplanmış sidikdə katexolaminlər (və onların metabolitləri) ↑
Radioloji müayinə
Şişin lokalizasiyasını təyin etmək üçün:
KT və ya MRT (şiş aşkar olunmadıqda sintiqrafiya)
Müalicə
Şişin cərrahi əməliyyatla çıxarılması
Mümkün olmadıqda:
Fenoksibenzaminlə (α-blokator) dərman terapiyası
Şiş bədxassəli olduqda:
Əlavə olaraq xemo- və radioterapiya