Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hepatit A

Giriş  

Xəstəlik pikornaviruslar qrupundan olan hepatit A virusu tərəfindən törədilir. Yoluxma əksər hallarda oral-fekal yollarla baş verir. Gigiyenik standartların aşağı olduğu ölkələrlə yanaşı, həmçinin, tibbi personal da virusun yayılması üçün riskli qrup sayılır. 

 

Simptomlar  

  • Xəstəlik kəskin gedişata malikdir, prodromal simptomlar, adətən, 2-7 gün davam edir. 

  • Ümumi simptomlarla (yorğunluq, əzələ ağrısı, qripəbənzər simptomlar) yanaşı əksər xəstələrdə sarılıq müşahidə olunur. 

sariliq.png

Diaqnostika   

Laborator müayinə:

  • Anti-Hepatit A-IgM → kəskin infeksiya

  • Anti-Hepatit A-IgG → keçirilmiş infeksiya

 

Müalicə   

  • Antiviral terapiya mövcud deyil (ehtiyac yoxdur)

  • Xəstənin şikayətlərinə əsaən simptomatik müalicə kifayət edir

 

Proqnoz  

  • Əksər hallarda, spontan sağalma

  • Bəzi hallarda (0,2%) xəstəlik kəskin gedişata malik olur, bu halda letal nəticələr kifayət qədər yüksəkdir