Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Sarılıq

Giriş  

Sarılıq – qanda bilirubinin artması səbəbilə dəri və selikli qişaların sarı rəngə boyanmasıdır.  

Bilirubinin 80%-i hemoqlobin, 20%-i isə mioqlobinin parçalanması nəticəsində əmələ gəlir. Ümumi bilirubinin konsentrasiyası qanda 2 mq/dl-dən çox olduqda xəstədə sarılıq müşahidə olunur.   

Bilirubinin 2 forması var:  

  • İndirekt bilirubin – konyuqə olunmamış  
  • Direkt bilirubin – konyuqə olunmuş   

 

Etiologiya   

Etioloji faktorlara əsasən sarılıq 3 yerə bölünür:  

Prehepatik sarılıq: hemolizin artması səbəbilə qanda bilirubinin miqdarı artır  

İntrahepatik sarılıq: qaraciyər hüceyrələrinin bilirubini konyuqə edə bilməməsi  

Posthepatik sarılıq: öd yollarının obstruksiyası səbəbilə bilirubinin xaric edilə bilməməsi  

  • Məsələn: öd daşları, pankreas başının törəməsi  

 

Differensial diaqnostika   

screenshot-906.png

 

Müalicə   

Müalicə etioloji faktorun (xəstəliyin) müalicəsindən ibarətdir.