Hepatit C
Giriş
Xəstəlik flavoviruslardan olan hepatit C virusu tərəfindən törədilir. Əksər hallarda xronik gedişata malik olan hepatit C qaraciyərə destruktiv təsir göstərir. Xronik gedişat xəstələrdə həm də sirroz və qaraciyər xərçəngi riskini artırır. Əsasən, parenteral yolla yayılır, bəzi hallarda cinsi yayılmaya da rast gəlinir. Diaqnostika seroloji müayinəyə əsaslanır, belə ki, Anti-HCV və HCV-RNA əsas diaqnostik meyarlardır. Müalicədə interferonla yanaşı antiviral preparatlar da istifadə olunur.
Etiologiya
Hepatit C virusu tərəfindən törədilir.
Yayılma yolları:
- Parenteral
- Cinsi
- Perinatal
Simptomlar
- Adətən, asimptomatik (xəstələrin 85%-də)
- Ən çox rast gəlinən simptomlar:

Diaqnostika
Laborator (seroloji) müayinə:
- HCV-RNA :
- Aktiv infeksiyanı və eləcə də virus yükünü göstərir
- Virusun genotipini təyin etməklə müalicə planına istiqamət verir
- Anti-HCV :
- Xəstəliyi birbaşa təsdiq etmir, çünki daha öncə keçirilmiş infeksiyadan sonra da qanda müsbət qalır
Müalicə
Bu hissə Farmakologiya Kompakt kitabından götürülmüşdür.
Hepatit C virusunun quruluşu və sahib hüceyrəyə invaziyası:
Hepatit C (HCV) virusu h üceyrəyə daxil olduqdan sonra viral RNT endolazmatik retikuluma keçərək viral poliproteinlərin sintezini təmin edir.
Daha sonra viral poliproteinlər NS3/A4 kimi serin proteazalar vasitəsilə funksionallıq qazanır.
Yaranan proteinlərdən NS5A RNT replikasiyasını tənzimləyir, NS5B isə RNT sintezində iştirak edir.
Müalicədə istifadə olunan dərman preparatları

Proqnoz
Müalicə olunmadıqda (və ya yetərsiz müalicə olunduqda) xəstələrin 25-30%-də qaraciyər sirrozu inkişaf edir.
Qaraciyər sirrozu olan xəstələrin isə hər il 4%-də hepatosellular karsinom (qaraciyər xərçəngi) aşkarlanır.