Qastrointestinal traktın quruluşu
Qastrointestinal traktın quruluşu
- Epitel hüceyrələri:
- Sekresiya və absorbsiya funksiyasını yerinə yetirirlər
- Əzələləli selikli qişa hüceyrələri:
- Bu hüceyrələrin yığılması epitel hüceyrələrindən sekresiyaya səbəb olur
- Dairəvi əzələlər:
- Yığıldıqda trakt boşluğunun diametri azalır
- Uzununa əzələlər:
- Yığıldıqda trakt seqmentinin uzunluğu azalır
- Sinir kələfləri (Meissner kələfi və mienterik kələf):
- Enterik sinir sistemini təşkil edirlər
- Qastrointestinal traktın hərəkətini, sekresiyasını və endokrin funksiyalarını tənzimləyirlər

Qastrointestinal traktın innervasiyası
Avtonom sinir sistemi həm simpatik və parasimpatik sistem vasitəsilə, həm də enterik sinir sistemi vasitəsilə qastrointestinal traktı inervasiya edir.
Parasimpatik sinir sistemi:
- Qastrointestinal trakt üzərində, əsasən, stimuləedici təsirə malikdir.
- Azan sinir və pelvik sinirlər vasitəsilə innervasiya olunur. Azan sinir qida borusu, mədə, pankreas və qalın bağırsaqların yuxarı yarısını, pelvik sinirlər isə qalın bağırsaqların aşağı yarısı, eləcə də düz bağırsaq və anusu innervasiya edir.
- Azan və pelvik sinirlərdən çıxan preqanqlionik sinirlər Meissner və mienterik kələflərdə postqanqlionik sinirlərlə sinapslar yaradır:
- Simpatik sinir sistemində qanqlionlar onurğa beyni yaxınlığında, parasimpatik sinir sistemində innervasiya olunan orqanın yaxınlığında yerləşir.
- Postqanqlionik sinirlər vasitəsilə qastrointestinal traktın saya əzələ, sekretor və endokrin hüceyrələrinə informasiya göndərilir.
Simpatik sinir sistemi:
- Qastrointestinal trakt üzərində, əsasən, inhibitor təsirə malikdir.
- T8 və L2 arasındakı sinir lifləri vasitəsilə təsir göstərir.
- Preqanqlionik sinir lifləri prevertebral qanqlionlarda sinapslar yaradır.
- Postqanqlionik liflər Meissner və mienterik kələflərə qədər uzanır.
Enterik sinir sistemi
Əsasən, simpatik və parasimpatik sinir sisteminin nəzarəti altında fəaliyyət göstərir.
Meissner (selikliqişaaltı kələf) kələfi:
- Sekresiya və qan axınına nəzarət edir.
Mienterik (Auerbax kələfi) kələf:
- Saya zələlərin hərəkətini tənzimləyir.