Avtonom sinir sistemi
Giriş
Bu məqalənin əsas hissəsi Farmakologiya Kompakt kitabından götürülmüşdür.
Sinir sistemi iki hissədən təşkil olunmuşdur:
Mərkəzi sinir sistemi
Periferik sinir sistemi
Periferik sinir sistemi də öz növbəsində afferent və efferent bölmədən ibarətdir.
Afferent sistem məlumatları periferiyadan mərkəzə ötürür.
Efferent sistem isə mərkəzdən periferiyaya ötürür.
Efferent sinir sistemi də, həmçinin, hərəkətin iradi və ya qeyri-iradi olmağından asılı olaraq avtonom və somatik sinir sistemi olaraq bölünür:
Somatik sistem iradi hərəkətləri tənzimləyir, yəni eninəzolaql əzələlərə məlumatları çatdırır.
Avtonom sinir sistemi isə mərkəzi sinir sisteminin qeyri-iradi idarə olunan hissəsidir, yəni orqanizmin avtomatik, bizdən asılı olmayan funksiyalarını (məs: damarların tonusu, bronxların diametri) tənzimləyir.
Belliklə, avtonom sinir sistemi:
- Saya əzələlər, ürək əzələləri və vəzləri innervasiya edir
- Simpatik, parasimpatik və enterik sinir sistemindən ibarətdir
Avtonom sinir sisteminin quruluşu
Simpatik SS onurğa beyninin torakal və lumbal yan buynuzlarından başlanğıc götürür, parasimpatik sistem isə kranial sinirlərdən və omadan öz başlanğıcını alır.
Somatik sistemdən fərqli olaraq avtonom SS-də MSS və hədəf orqan arasında qanqlionlar mövcuddur. Simpatik sistemdə qanqlionlar MSS-ə yaxın yerləşərkən, parasimpatik sistemdə hədəf orqana daha yaxın yerləşir. Preqanqlionar neyronlar hər iki sistemdə eyni mediator vasitəsilə təsir göstərir (asetilxolin). Postqanqlionar neyronlar isə parasimpatik sistemdə asetilxolin, simpatik sistemdə isə, əksərən, norepinefrin ifraz edərək təsir göstərir.

Mənbə: Farmakologiya Kompakt
Avtonom sinir sistemində neyrotransmitter maddələr
- Adrenergik neyronlar neyrotransmitter olaraq norepinefrin ifraz edir, xolinergik neyronlarda isə asetilxolin neyrotransmitter rolunu oynayır.
- Qastrointestinal traktın bəzi parasimpatik neyronlarında mövcud olan digər neyrotransmitter maddələr:
- P maddəsi
- Vazoaktiv intestinal peptid (VİP)
- NO
Avtonom sinir sistemində reseptor tipləri
Adrenergik reseptorlar:
- α1 və α2 reseptorlar
- β1 və β2 reseptorlar
Xolinergik reseptorlar:
- Muskarinik reseptorlar
- Nikotinik reseptorlar
Adrenergik reseptorlar
α1 reseptorlar:
- Təsirləri:
- Qarın boşluğu orqanları və dəri qan damarları:
- Saya əzələlərin yığılmasına səbəb olur
- Gözün qüzehli qişası: radial əzələlər yığılır:
- Midriaz
- Sidik kisəsi:
- Sfinkterin yığılması
- Qaraciyər:
- Qlikogenoliz ↑
- Kişi cinsiyyət orqanı:
- Eyakulyasiya
- Qarın boşluğu orqanları və dəri qan damarları:
- Təsir mexanizmi:
- Gq proteini → fosfolipaza C maddəsinin stimulyasiyası → inozitol trifosfatın və hüceyrədaxili kalsiumun artması
α2 reseptorlar:
- Presinaptik reseptorlardır
- Təsirləri:
- Presinaptik membran:
- Sinaptik boşluğa tökülmüş norepinefrin postsinaptik reseptorları stimulyasiya etməklə yanaşı, presinaptik membran-da yerləşən α2 reseptorlara da təsir göstərək onları inhibisiya edir, yəni daha çox norepinefrinin sinaptik boşluğa çıxmasının qarşısını alır.
- Pankreas:
- İnsulin sekresiyasını azaldır
- Trombositlər:
- Aqqreqasiya
- Presinaptik membran:
- Təsir mexanizmi:
- Gi proteini → adenilatsiklazanın inhibisiyası → siklik adenozin monofosfatın (sAMF) azalması
β1 reseptorlar
- Təsirləri:
- Ürək:
- Müsbət inotrop, müsbət xronotrop, müsbət dromotrop
- Böyrək:
- Renin ifrazını stimulə edir
- Ürək:
- Təsir mexanizmi:
- Gs proteini → adenilatsiklazanın stimulyasiyası → siklik adenozin monofosfatın (sAMF) artması
β2 reseptorlar
- Təsirləri:
- Bronxiollar:
- Dilatasiya
- Damarlar:
- Dilatasiya
- Uşaqlıq:
- Relaksasiya
- Pankreas:
- İnsulin ifrazı ↑
- Qaraciyər:
- Qlikogenoliz ↑
- Bronxiollar:
- Təsir mexanizmi:
- β1 reseptorlarla eynidir
Xolinergik reseptorlar
Nikotinik (N) reseptorlar:
Nn subtipli reseptorlar avtonom sinir sisteminin qanqlionlarında və adrenal medullada mövcuddur. Qanqlionlardakı effekt həmişə eyni deyil, simpatik və ya parasimpatik sistemin dominantlığından asılıdır. Adrenal medullada isə bu reseptorlar aktivləşdikdə epinefrin/norepinefrin ifraz olunur.
Nm subtipli reseptorlar isə skelet əzələlərinin stimulyasiyasına səbəb olur. Muskarinik reseptorların hədəf orqanlardakı effektləri fərqlidir.
Muskarinik (M) reseptorlar üçün xarakterik lokalizasiya yoxdur. Bütün neyronlarda bütün subtip muskarinik reseptorlar mövcuddur. Əlavə olaraq, M1 reseptorlar həm də mədənin parietal hüceyrələrində, M2 reseptorlar isə ürək və saya əzələlərdə yerləşir.
Xolinergik reseptorların aktivləşdikdə orqanlar üzərində təsiri
- Ürək:
- Mənfi xronotrop, mənfi dromotrop
- Qan damarları:
- Dilatasiya
- Bronxiollar:
- Bronxospazm, vəz sekresiyası ↑
- Qastrointestinal trakt:
- Peristaltika ↑, sekresiya ↑
- Sidik kisəsi:
- Detrussor əzələnin yığılması, sfinkterin boşalması