Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Şəkərsiz diabet

Giriş  

Şəkərsiz diabet (diabetes insipidus) ADH hormonun çatışmazlığı ilə xarakterizə olunur. ADH hormonunun çatışmazlığı suyun sidiklə daha çox itirilməsinə (poliuriya) və nəticədə daha çox susuzluğa (polidipsiya) gətirib çıxarır.   

 

Etiologiya  

Şəkərsiz diabetin etioloji olaraq 2 növü var:  

Diabetes insipidus centralis – hipotalamusda ADH sintezinin azalması və ya hipofizdən ifraz oluna bilməməsi ilə xarakterizə olunur. Ən çox rast gəlinən səbəblərə aiddir:

  • İdiopatik  
  • Kəllə-beyin travması  
  • Hipofizin cərrahi əməliyyatlarından sonra  
  • Beyin şişləri     

Diabetes insipidus renalis – nefronun distal və toplayıcı borucuqlarındakı ADH reseptorlarının həssaslığının azalması bu patologiyanın əsas səbəbidir. Ən çox rast gəlinən səbəblər:

 

Patofiziologiya  

Fizioloji aspekt 

ADH hormonunun sintezi və təsir mexanizmi:

  1. ADH hormonu ilk olaraq hipotalamusda sintez olunur.   
  2. Hipotalamusdan daha sonra hipofizin arxa payına nəql olunan ADH burada depolanır.   
  3. Qanın osmolyarlığı yüksəldikdə qana ADH ifraz olunur.   
  4. ADH böyrəyin distal və toplayıcı borucuqlarındakı V2 reseptorlara təsir edərək suyun orqanizmdə saxlanılmasını təmin edir.  

Şəkərsiz diabetin patofiziologiyası  

  • Diabetes insipidus centralis zamanı ADH hormonu az sintez olunur və ya hipofizdə depolana bilmir.  
  • Diabetes insipidus renalis zamanı ADH hormonu qanda kifayət qədər olsa da nefronlardakı ADH reseptorlarının həssaslığı azalır.  

 

Simptomlar  

Əsas simptomlara aiddir:  

  • Poliuriya  
  • Polidipsiya  

 

Diaqnostika  

Diaqnostikanın ilkin mərhələsini 24 saatlıq sidik müayinəsi təşkil edir. Müayinənin məqsədi hipoton poliuriyanı təsdiqləməkdir.   

  • Hipoton, yəni toplanan sidiyin osmolyarlığı <800 mOsm/kq olur.
  • Poliuriya dedikdə isə, 24 saatlıq sidiyin həcmi >50 ml/kq olur.

Hipoton poliuriyalı xəstədə digər düşünülməli patologiya birincili polidipsiyadır. Birincili polidipsiyanı diabetes insipidusdan ayırmaq üçün əsas laborator göstəricilər:  

  • Plazmada natrium miqdarı və ya plazmanın osmolyarlığı normadan yüksəkdirsə, diabetes insipidus daha ehtimali diaqnozdur. Əks halda isə birincili polidipsiya güman olunan patologiyadır.  

 

Diabetes insipidus centralis və renalis arasında differensial diaqnostika   

Plazmada copeptin miqdarı: 

  • Copeptin miqdarı ↑ – diabetes insipidus centralis  
  • Copeptin miqdarı ↓ – diabetes insipidus renalis  
Copeptin hipofizdə ADH prohormonunun hormona çevrilməsi zamanı ortaya çıxır və qana ifraz olunur. Beləliklə, copeptin miqdarı normal və ya yüksəkdirsə, bu ADH miqdarının da yüksək olduğuna işarə edir. Əks halda isə, yəni, copeptin miqdarı normadan azdırsa, ADH miqdarının da azl olması gözlənilir.

 

Müalicə  

Diabetes insipidus centralis zamanı müalicə:  

  • Desmopressin:  
    • Vazopressin analoqu olan desmopressin ADH hormonunu əvəz edir.

Diabetes insipidus renalis zamanı müalicə:  

  • Desmopressin  
  • Tiazid diuretikləri